Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Azadlıq mübarizəsinin başlanğıcı 17 noyabr Milli Dirçəliş Günü TƏHLİL

Azadlıq mübarizəsinin başlanğıcı 17 noyabr Milli Dirçəliş Günü TƏHLİL

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bugünkü güclü və qüdrətli Azərbaycanın qurulması çətin, ancaq şərəfli yol keçməklə əldə edilib. Bu yolda minlərlə şəhid verən xalqımız heç zaman mübarizəsindən dönməyib, hədəfindən, məqsədindən əl çəkməyib. Hələ sovetlər birliyi dönəmində dəfələrlə xalqımız müstəqil dövlətçiliyini qurmaq uğrunda mübarizə aparıb, ortaya sərt və qətiyyətli mövqe qoyub. Demək olar ki, xalqımızın davamlı mübarizəsinin ən yüksək nöqtəsi 1988-ci ilin noyabr günlərini təşkil edir. Həmin günlərdən başlayaraq əhali böyük coşqu ilə ayağa qalxaraq meydanlara axışdı. Mübarizə dönməz və qətiyyətli oldu. Bu baxımdan 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. 1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi - Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı Azadlıq meydanında (keçmiş Lenin meydanı) ilk mitinq keçirdi. Mitinqin təşkil olunmasında məqsəd xalqın səsini Mərkəzə - Moskvaya çatdırmaq idi. 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet imperiyasının xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan xalqının mitinqi başlandı. Meydana yüz minlərlə insan axışdı. O dövrün dünya mətbuatı ardıcıl olaraq Azərbaycanın baş meydanında keçirilən etiraz aksiyalarında silsilə yazılar dərc edir, reportajlar yayımlayırdı. Aksiyalar xalqın azadlıq mübarizəsinə çevrildi. Azərbaycan xalqının mübarizə zəmini qırmaq üçün sovetlər birliyinin rəhbərliyi, xüsusilə də M.Qarboçov və ətrafı müxtəlif təzyiq vasitələrindən istifadə etdilər. Ermənilərdən istifadə olunması daha geniş xarakter aldı.

Birlik və bərabərliyin bəhrəsi

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın dəstəyinə arxalanan ermənilər planlı şəkildə, Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları yurd-yuvalarından qovmaqla kifayətlənməyib, insanları öldürür, evlərini qarət edir, yandırırdılar. Ermənilərin Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı yanlış siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi birləşmişdi. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Xalqımız bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, xalqımız azad olmağa layiqdir. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 5-dək davam edən mitinqlər SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası idi. Bunları görən rəsmi Moskva Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan edərək, SSRİ-in müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələrini Meydanda yerləşdirməklə dekabrın 3-dən 4-ə keçən gecə mitinqi dağıtdı. Moskvanın qəddar üsullardan istifadə etməklə xalqın mübarizə əzmini qırmağa çalışması nəticə vermədi. Əhali qəzəbli şəkildə müstəqillik mübarizəsini davam etdirdi. Bu mübarizə 1990-cı ilim 20 Yanvar faciəsi ilə nəticələndi. İmperiya cəlladları Azərbaycan xalqına qarşı qətliam həyata keçirdi. Faciənin törədilməsi ilə Moskva Azərbaycan xalqını informasiya blokadasına almağı düşündü. Ancaq Azərbaycan xalqının dahi oğlu, Ulu Öndərimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və dünya ictimaiyyətini Moskvanın törətdiyi vandalizm aktı ilə məlumatlandırdı. Məhz Dahi Öndərimiz Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı bəyanatından sonra dünya birliyi, ayrı-ayrı ölkələr Bakıda baş verən qırğın haqqında danışmağa, yazmağa başladılar. Bu da sonrakı mərhələdə Moskvanın çöküşünü dərinləşdirdi. Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyət gəlişindən sonra diqqət ayırdığı əsas mərhələlərdən biri də 20 Yanvar hadisələrinə hüquqi qiymətin verilməsi oldu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu. 1991-ci ilin mart ayında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümummilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq haqqına malik olan bu yolda bütün çətinliklərə sinə gərən xalqı daha müstəmləkə əsarətində saxlamaq qeyri-mümkündür.

Xalqa bağışlanan ömür

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəni parçalanmaqdan, iqtisadiyyatı tənəzzüldən xilas etməklə böyük Azərbaycanın quruculuğuna start verildi. Böyük Öndərimizin müdrik siyasəti nəticəsində Azərbaycan qısa zaman kəsiyində dünyada baş verən demokratikləşmə prosesinin iştirakçısına çevrildi. Ulu Öndərimiz Heydər Əliyev 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalamaqla Azərbaycanı siyasi, iqtisadi və hərbi böhrandan qurtardı. Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanan 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə dünyanın neft siyasətini birmənalı şəkildə Xəzər regionuna istiqamətləndirdi. Bu yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Birmənalı mövqe ondan ibarətdir ki, əfsanə kimi görünən “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmışdır ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycanın yeni neft strategiyasının təməl daşı, iqtisadiyyatımızın ana xəttidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin imzalanması ilə Dahi Öndərimiz Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə 5 fəsil 159 maddədən ibarət olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Sonrakı mərhələdə çoxpartiyalı sistem əsasında parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Ulu Öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Eyni zamanda 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə Azərbaycan dünyada azad, demokratik, hüququn aliliyinin ən yüksək formada təmin olunan dövlətə çevrildi.

İki noyabr, biri azadlıq mübarizəsinin başlanğıcı, digəri ərazi bütövlüyümüzün bərpa olunduğu noyabr

Uğurlara gedən yol davamlı hal aldı. Çünki bu uğurların təməlini Ulu Öndərimiz Heydər Əliyev qoymuşdu. Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi işləri 2003-cü ildən sonra Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirdi. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin imza atdığı möhtəşəm qələbələrin kulminasiya nöqtəsi torpaqlarımızın erməni işğalından azad edilməsi oldu. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Fateh Sərkərdə, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində 30 il erməni işğalı altında olan torpaqlarımız azadlığına qovuşdu. 2016-cı ilin aprelində Müzəffər ordumuz öz gücünü erməniləri bir sıra məntəqələrdə məhv edib, sıradan çıxartmaqla dünyaya nümayiş etdirdi. Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürüldü .2020-ci ilin sentyabrın 27-dən başlayan 44 günlük savaşda erməni terroru tamamilə məhv edildi. Döyüş zamanı 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi. Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün- 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!. Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

2023-cü il sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə Qarabağdakı separatizm tamamilə sıradan çıxarıldı və terrorçular həbs edilərək istintaqa təhvil verildi. Artıq Qarabağımız rahat nəfəs alır, aparılan geniş miqyaslı quruculuq, abadlıq, təmir işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar.

İşğaldan azad edilən ərazilərimizdə geniş, quruculuq, təmir və bərpa işlərindən sonra inşanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Hər yerdə göz oxşayan mənzərə canlanır. Park və xiyabanların, yaşıllıqların salınması ilə yanaşı meşə zolaqlarının salınması prosesi də böyük vüsətlə aparılır. İşğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlər Topxana meşəsini də əhatə edir. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində də ağacəkmə aksiyası keçirilib. Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşə vaxtilə təbiət möcüzəsini xatırladırdı. Burada yaşı bilinməyən müxtəlif növ ağaclar vardı. Lakin ermənilər işğal dövründə təbii sərvətlərimizi də talayıb, meşələrimizi qırıblar. 1988-ci ilin noyabrında başlanan ekoloji terror nəticəsində 30 ilə yaxın işğal müddətində Topxanada minlərlə qiymətli ağac kəsilərək məhv edilib. Bu gün qədim Şuşanın Topxana meşəsini də əhatə edən ağaçəkmə kampaniyası zamanı 3 hektar ərazidə yüzlərlə yeni ağaclar əkilib. Təbii ki, proses bundan sonra da davam etdiriləcək. Hədəfimiz Prezidentimiz İlham Əliyev demişkən Qarabağı cənnətə çevirməkdir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15288

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see897

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see199

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see133

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see132

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see122

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see120

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri