1,7 trilyonluq şok: Büdcə kəsiri Rusiyanı çətin vəziyyətə saldı
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident neft və qaz gəlirlərinin azalması səbəbindən Rusiya büdcəsində yaranmış vəziyyəti hökumətlə mütəmadi olaraq müzakirə edir.
Hurriyyet.org xəbər verir ki, bunu jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, neft-qaz gəlirlərində azalma müşahidə olunur, lakin bu geriləmə qismən qeyri-neft-qaz daxilolmalarının artımı hesabına kompensasiya edilir.
"İqtisadiyyatın dayanıqlılığı və makroiqtisadi sabitlik bütün xərc öhdəliklərini yerinə yetirməyə imkan verir", Peskov vurğulayıb.
Kremlin sözçüsü, həmçinin baş nazir Mixail Mişustinin prezidentin hökumət üzvləri və Mərkəzi Bank rəhbərliyi ilə büdcə vəziyyətini və kəsirin kompensasiyası tədbirlərini müzakirə etməsi barədə açıqlamasını təsdiqləyib.
Xatırladaq ki, yanvar ayında Rusiya büdcəsinin kəsiri 1,7 trilyon rubl təşkil edib ki, bu da illik planın təxminən yarısına bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 26 Fevral 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















