“Tuğ”: Qədim türk hərb tarixindən Azərbaycan ədəbiyyatına
Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
“Tuğ” qədim türk mənşəli söz olub, ilkin olaraq bayraq, sancaq, hökmdarlıq və hərbi hakimiyyət rəmzi mənalarını ifadə etmişdir. Qədim türk cəmiyyətlərində tuğ adi bayraq funksiyasını daşımırdı. O, hökmdarın hakimiyyətini, tayfanın mənsubiyyətini, ordunun birliyini və döyüşçülərin mənəvi bağlılığını təcəssüm etdirirdi. Bəzi tuğların baş hissəsində at quyruğundan və ya heyvan tükündən hazırlanmış bəzəklər yerləşdirilirdi. Bu xüsusiyyət tuğu digər bayraq növlərindən fərqləndirən əlamətlərdən biri idi.
Sözün tarixi Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı «Divanü lüğat-it-türk» əsərinə qədər gedib çıxır. Mənbələrdə tuğ həm bayraq, həm də xaqanın qarşısında çalınan hərbi musiqi aləti və mərasim rəmzi ilə əlaqəli şəkildə izah olunur. Bu fakt qədim türklərdə hərbi rəmzlərin yalnız vizual deyil, həm də mərasim və idarəçilik funksiyası daşıdığını göstərir.
«Tuğ» sözünün işlənmə arealı da maraq doğurur. Qədim türk yazılı abidələrində, eləcə də bir sıra müasir türk dillərində bu sözün izlərinə rast gəlinir. Azərbaycan dilinin bəzi şivələrində də «tuğ» sözü «bayraq» mənasında qorunub saxlanılmışdır. Ağsu, İmişli, Şuşa və Zərdab şivələrində bu sözün işlənməsi onun dilimizin tarixi yaddaşında yaşamağa davam etdiyini göstərir.
Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidələrindən olan «Kitabi-Dədə Qorqud» dastanında da «tuğ» sözünə rast gəlirik. Dastanda Qazan bəyin düşmənin tuğunu və sancağını qılınclayıb yerə salması təsvir olunur. Burada tuğ sadəcə döyüş meydanında qaldırılan bayraq deyil, düşmənin hərbi qüdrətinin və hakimiyyət rəmzinin məğlub edilməsi mənasını da daşıyır. Beləliklə, tuğun yerə salınması hərbi qələbənin və düşmən üzərində üstünlüyün simvolik ifadəsinə çevrilir.
Maraqlıdır ki, tuğ sözü yalnız hərbi salnamələrdə və dastanlarda deyil, klassik Azərbaycan poeziyasında da öz əksini tapmışdır. Nizami Gəncəvinin «Xəmsə»sində işlənən «bayraq» və tuğ anlayışları orta əsrlər türk və Şərq hərbi-siyasi mədəniyyətinin ədəbi təsvirində mühüm yer tutur. Bu sözlərin farsdilli ədəbiyyatda da işlənməsi türk hərbi və dövlətçilik terminlərinin geniş coğrafiyada tanındığını göstərən maraqlı dil faktıdır.
XX əsr Azərbaycan poeziyasında da bu tarixi söz unudulmamışdır. Milli istiqlal ideyalarının böyük nümayəndəsi Əhməd Cavadın yaradıcılığında «tuğ» sözü xüsusi obrazlılıq qazanır:
«Yeddi tuğ ardınca
Gələn cəlalla…»
Şairin başqa bir nümunəsində isə «beş tuğlu baş vəzir» ifadəsi işlədilir. Burada tuğ hökmdarlıq və yüksək dövlət mənsəbini bildirən rəmz kimi çıxış edir. Beləliklə, sözün hərbi mənası ilə yanaşı, siyasi və ictimai məna çalarları da ön plana keçir.
«Tuğ» anlayışının tarixi inkişafına nəzər saldıqda onun semantik baxımdan genişləndiyini görürük. İlkin olaraq hərbi bayraq və hakimiyyət nişanı mənası daşıyan bu söz zamanla dövlətçilik, mənsubiyyət, birlik, qələbə və milli kimlik anlayışları ilə əlaqələnmişdir.
Qədim türk ordularında tuğun qaldırılması döyüşə hazırlığın, onun qorunması isə ordunun şərəfinin və birliyinin qorunmasının rəmzi idi. Bu mənada tuğ yalnız bir hərbi atribut deyil, bütöv bir tarixi düşüncə tərzinin ifadəsidir.
Beləliklə, «tuğ» sözü Azərbaycan dilinin tarixi leksikasında özünəməxsus yer tutur. Onun «Kitabi-Dədə Qorqud»dan Nizami Gəncəvinin yaradıcılığına, oradan Əhməd Cavadın poeziyasına qədər gəlib çıxması bir sözün yaddaşında neçə əsrlik tarix, dövlətçilik düşüncəsi və ədəbi ənənənin yaşadığını göstərir.
Günay Miri
Gənc müəllim, publisist
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Azərbaycan ədəbiyyatına aid əlyazmalar aşkarlandı
14 Sentyabr 2026 11:55
Tuğ əməliyyatının qurbanı
25 May 2025 00:15
“PAŞA Sığorta” Azərbaycan ədəbiyyatına töhfə verib
26 Sentyabr 2025 16:06
Azərbaycan muzeylərinin nadir eksponatları: Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı bürünc ştandart (tuğ)
17 Oktyabr 2025 16:00
Baxış sayı:43
Bu xəbər 27 Noyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları