18 illik nazirin, hazırki biznesmenin pulu yoxdur ki, oğlunun borcunu bağlasın?
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yerli medianın yazdığına görə, keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Roman Əbiyevin 20 nəfərə borcu var. Qapını kəsən borclular Roman Əbiyevə məxsus və onun tərəfindən idarə olunan “Alatava Pub” obyektini uzun müddət ərzaq məhsulları ilə təmin ediblər. Lakin təxminən bir ilə yaxındır ki, ödənişlər demək olar ki, dayandırılıb. Ümumi borc məbləği təxminən 119 min 500 manat təşkil edir.
Roman Əbiyev də deyib ki, bu, çoxdanın məsələsidir:” Təəssüf ki, hazırda borcu ödəməyə imkan yoxdur. Restoranın işi xeyli zəifləyib. Məncə bizim rəhbərliyin də pulu yoxdu ki, borcları ödəsin və bizi bu bəladan qurtarsın”.
Adamın heç inanmağı gəlmir. 18 il atan dövlətin bel sütunu olan Müdafiə Nazirliyində ola, indi borcu qapatmağa pulunuz olmaya?
Yəni, googledə xırdaca bir araşdırma aparsaq görərik ki, “imkan yoxdu” sözü borcluların söhbətinə “girmir”.
Məsələn mediamız yazırdı: "Misal olaraq Hərbi Akademiyanın qarşısındakı qoşa villanı, Həsən Əliyev küçəsindəki möhtəşəm villanı, Teymur Əliyev küçəsindəki çoxmərtəbəli qoşa villaları, "Şüşəli bazar"ın arxasındakı villanı, Həzi Aslanov qəsəbəsində hektarlarla torpaq sahəsi və villaları, Xəzər rayonu, Şimal DRES ərazisində möhtəşəm villanı, Qubadakı 100 hektardan çox torpaq sahəsini göstərmək olar.
Səfər Əbiyevin sərvəti bunlarla yekunlaşmır. Onun əmlaklarının qiyməti 100 milyonlarla ölçülür. Keçmiş nazirin Hərbi Akademiya ilə üzbəüz çoxmərtəbəli qoşa villanın həyətində böyük avtomobil parkı var.
Orada 30-dan artıq bahalı avtomobil saxlanılır. Bundan başqa, sabiq nazirin Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada 4 otaqlı bir neçə mənzili, "Avropa" hotelinin yanındakı çoxmərtəbəli binada 5 mənzili, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binası, Səməd Vurğun küçəsində villası və çoxmərtəbəli binada mənzilləri, "Sahil" metrostansiyasının yanında çoxmərtəbəli binada mənzilləri, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaları, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketlər, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatı var. Hələ bu, harasıdır. Mətbuatda İsa Nəcəfova məxsus olduğu iddia edilən "Tusi" Klinikası da əslində Səfər Əbiyevin obyektlərindən biridir".
Məlumatlı şəxs iddia edir ki, əgər bütün bunlar aidiyyət qurumlar tərəfindən obyektiv şəkildə araşdırılarsa, o zaman Səfər Əbiyevin müdafiə naziri postunda çalışdığı dönəmdə yol verdiyi bir çox nöqsanlar, uğursuz kadr islahatları, yeyinti halları, özbaşınalıqlar aşkarlana, həmçinin indiyədək geniş auditoriyaya bəlli olmayan bəzi mətləblərə aydınlıq gətirilə bilər: "Şübhəsiz əgər bu, baş verərsə, onda sabiq nazirin törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsi məsələsi də gündəmə gələ, nəticədə isə onun həbsi reallaşa bilər. Çünki ortada bunun üçün kifayət qədər fakt, arqument var…"
Bu sərvət siyahısını "itigözlü" mediamız bir neçə il əvvəl yazıb haa, mənimlə qəti əlaqəsi yoxdur.
Sonda da yazırlar ki, Səfər Əbiyev 2013-cü ildə müdafiə naziri vəzifəsindən azad edildikdən sonra uzun müddət onun haqqında məlumat almaq mümkün olmayıb. 2015-ci ildə isə sabiq nazirin Çexiya vətəndaşlığı aldığı və bu ölkədə yaşadığı üzə çıxıb. Onun hazırda Çexiyadakı biznes şəbəkəsini idarə etdiyi və burada yerləşən malikanəsində yaşadığı bildirilir.
Uzun sözün qısası, ata Əbiyevin 119 min 500 manat pulu olmadı ki, bala Əbiyevi bu biabırçılıqdan qurtarsın?
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Yanvar 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















