Elektrikli avtomobil bazarında gizli strategiya: Toyota yoxsa Tesla ?
Icma.az, Milli.az saytına istinadən bildirir.
Elektrikli avtomobil bazarında diqqətlər əsasən Tesla-nın satış göstəricilərinə, sürətli böyüyən şarj şəbəkələrinə və aqressiv marketinq strategiyasına yönəlib. Lakin sənaye kulislərində səssiz, amma strateji bir oyun qurulur və bu oyunun əsas oyunçularından biri Toyota-dır.
Milli.Az xəbər verir ki, rəqiblər litium-ion batareyalara böyük sərmayələr yatıraraq sürətlə irəlilədiyi bir vaxtda, Toyota fərqli yol seçib. Şirkətin rəhbəri Akio Toyoda açıq şəkildə bildirir ki, mövcud texnologiya ilə "şou" göstərməkdənsə, gələcəyin texnologiyasına hazırlaşmaq daha məqsədəuyğundur. Bu səbəbdən Toyota diqqətini bərk-hal (solid-state) batareyalarının inkişafına yönəldib.
Mütəxəssislərin fikrincə, litium resurslarının məhdudluğu yaxın illərdə ciddi xammal böhranına səbəb ola bilər. Toyota isə bu riski vaxtında görərək, daha təhlükəsiz, sürətli şarj olunan və yüksək enerji tutumuna malik bərk-hal batareyaları üzərində illərdir gizli şəkildə çalışır. Bu texnologiya uğurla kommersiyalaşdırılarsa, elektrikli avtomobil bazarında qaydaları kökündən dəyişə bilər.
Mövcud vəziyyətdə Tesla "sürətli dovşan" kimi bazarda lider görünür. Toyota isə "səssiz ovçu" rolunda səbrlə doğru anı gözləyir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 23 Yanvar 2026 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















