Icma.az
close
up
RU
18 yaşına çatmadan ana olanlarla bağlı rəsmi MÖVQE

18 yaşına çatmadan ana olanlarla bağlı rəsmi MÖVQE

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

2025-ci ildə Azərbaycanda 18 yaşadək analar tərəfindən 877 uşaq dünyaya gətirilib. Bu rəqəm əvvəlki illə müqayisədə azalsa da, problemin tam aradan qalxdığını deməyə əsas vermir. Üstəlik, 18 yaşadək anaların dünyaya gətirdiyi uşaqların böyük hissəsinin kənd yerlərinin payına düşməsi diqqət çəkir.

Bəs yeniyetmə yaşda analığın qarşısının alınması üçün görülən tədbirlər nə dərəcədə effektivdir? Erkən nikahlar və yeniyetmə hamiləlikləri niyə hələ də problem olaraq qalır? Bu göstəricilərin azalması problemin real miqyasının kiçildiyini, yoxsa sadəcə statistik tendensiyanın dəyişdiyini göstərir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələ ilə bağlı Musavat.com-a fikrini bildirib. O deyib ki, 2025-ci ildə 18 yaşadək analar tərəfindən 877 uşağın dünyaya gəlməsi, əvvəlki illərlə müqayisədə azalma olsa da, erkən evlilik və erkən hamiləlik məsələsinin hələ də diqqətdə saxlanılmasının vacibliyini göstərir: “Burada hər bir rəqəmin arxasında konkret bir uşağın və ailənin taleyinin dayandığını nəzərə almaq lazımdır. Bu səbəbdən məsələyə yalnız statistika kimi deyil, uşaqların hüquq və mənafelərinin qorunması baxımından yanaşılır. Qeyd edək ki, ölkədə nikah yaşı 18 yaş müəyyən edilib. 2025-ci il 1 iyul tarixindən etibarən erkən evliliklərlə bağlı qanunvericilikdə mühüm dəyişikliklər də qüvvəyə minib. Qanunvericiliyə “erkən evlilik” anlayışı daxil edilib və 16 yaşına çatmayan şəxslərlə bağlı belə halların təşkilində və ya iştirakında məsuliyyət müəyyənləşdirilib. Eyni zamanda, yetkinlik yaşına çatmayan şəxslərin nikaha məcbur edilməsi ilə bağlı da hüquqi məsuliyyət mexanizmləri mövcuddur”.

Komitə rəsmisi hesab edir ki, erkən evlilikərin qarşısının alınması yalnız inzibati və ya hüquqi tədbirlərlə həll edilə biləcək məsələ deyil: “Burada ailənin, məktəbin, icmanın, yerli qurumların, səhiyyə və hüquq-mühafizə orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin birgə fəaliyyəti vacibdir. Xüsusilə, kənd və rayonlarda maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrdə də tədbirlər keçirilir. Bu tədbirlərdə yerli icra qurumları, polis, təhsil və səhiyyə işçiləri, bələdiyyələr, din xadimləri, psixoloqlar, media nümayəndələri və icma sakinləri iştirak edirlər. Məqsəd yalnız valideynləri məlumatlandırmaq deyil, eyni zamanda icmada erkən evliliyə münasibətin dəyişdirilməsinə nail olmaqdır. Bununla yanaşı, risk qrupunda olan uşaqlar və ailələrlə fərdi iş aparılması, onların sosial və psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi, zəruri hallarda aidiyyəti qurumlara yönləndirilməsi də qarşısının alınması mexanizmlərinin mühüm hissəsidir”.

Teymur Mərdanoğluya görə, erkən nikahların daha çox kənd yerlərində qeydə alınması ilə bağlı yanaşmada da ehtiyatlı olmaq lazımdır: “Kəndlərdə yaşayan bütün ailələri və icmaları eyni yanaşma ilə qiymətləndirmək düzgün olmazdı. Burada sosial-iqtisadi vəziyyət, təhsildən yayınma, ənənəvi stereotiplər, ailənin və icmanın münasibəti kimi bir sıra amillər rol oynaya bilər. Ona görə də hər bir region üzrə risklər ayrıca qiymətləndirilməli və preventiv tədbirlər yerli xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Əsas məqsəd erkən evlilik baş verdikdən sonra müdaxilə etmək deyil, onun baş verməsinə imkan verməməkdir. Bunun üçün qız uşaqlarının təhsildə saxlanılması, valideynlərin maarifləndirilməsi, uşaqların hüquqları barədə məlumatlılığın artırılması və riskli halların vaxtında müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bir daha qeyd edirəm ki, erkən evliliyin qarşısının alınması yalnız bir qurumun deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Ən vacib məqam isə hər bir uşağın öz uşaqlığını yaşamaq, təhsil almaq və gələcəyini özü müəyyən etmək hüququnun qorunmasıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri