Türkiyədəki qədim pilləkənli tunellə bağlı araşdırma Dini təcrübələrlə əlaqələndirildi
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Türkiyənin Adıyaman ərazisindəki Arsameia Antik Şəhərində qayalara oyulmuş 158,1 metr uzunluğundakı pilləkənli tunelin təkcə su təchizatı üçün deyil, həm də qədim dövrdə ziyarətçilərin dini və hissi təcrübələri ilə əlaqəli ola biləcəyi bildirilib.
Kulis.az xəbər verir ki, bu barədə Leiden Universitetinin arxeoloqu Lennart Vouter Kreyerin "Journal of Roman Archaeology" jurnalında dərc olunan araşdırmasında bəhs edilir.
Kommagene Krallığının müqəddəs mərkəzlərindən olan Arsameiadakı tunelə eniş zamanı işığın azalması, temperaturun düşməsi, əks-səda və qeyri-bərabər pillələr ziyarətçilərin məkanı qavramasına təsir göstərib.
Girişdəki yunanca Böyük Kult Yazısı və I Antioxosun Herakl ilə əl sıxmasını əks etdirən relyef bu yolun rəmzi və mərasim xarakterli ola biləcəyini göstərir.
Çıxışsız bitən tunelin sonunda səviyyəsi mövsümdən asılı olaraq dəyişən yeraltı su, yaxınlıqda isə iki dairəvi oyuq mövcuddur.
Araştırmaya görə, su həm praktiki ehtiyaclar, həm də müqəddəs məkanın kimliyi ilə bağlı ayinlər çərçivəsində əhəmiyyət daşıyıb.
Tədqiqatçı Anadoludakı digər pilləkənli tunellərin (o cümlədən Pont, Paflaqoniya və Qalatiya bölgələrindəkilərin) hər birinin öz tarixi və dini kontekstində qiymətləndirilməli olduğunu vurğulayıb.
Kann qalibinə beş ildən artıq həbs cəzası verildi – Cəfər Pənahinin əmlakı da müsadirə olunur Jay-Z "Super Bowl" şousunda səhnəyə çıxacaq - İlk dəfə AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib - Format dəyişikliyi olacaq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 24 Noyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















