Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

18 yaşlı, “Azərbaycan Bayrağı” ordenli Elmar

18 yaşlı, “Azərbaycan Bayrağı” ordenli Elmar

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dedi: Ekranda məni görsən, həyəcanlanma, müharibədəyəm”

Elmar Cəbrayıl oğlu Şirinov 2002-ci il martın 9-da Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 2008–2016-cı illərdə N.Tusi adına, 2016–2017-ci illərdə M.Ələkbərov adına məktəblərdə oxuyub. Sonra təhsilinə Tovuz Peşə Liseyində davam edib. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Əsgər Elmar Şirinov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Daşaltı uğrunda olub. Noyabrın 8-də Şuşa istiqamətində şəhid olub. Son sözü “Vətən sağ olsun, mən şəhid oldum. Amma Qarabağ azaddır, Şuşa azaddır!”– olub. Şəhidimiz noyabrın 14-də Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə 18 yaşlı əsgər Elmar Cəbrayıl oğlu Şirinov “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

İgidimizin atası Cəbrayıl Şirinov Elmar hələ lap körpə olanda – 2002-ci ildə dünyasını dəyişib. Elmar məktəb yaşına qədər dayısının himayəsində böyüyüb.

Anası Amana Nəsirova ilə Elmarın uşaqlığından, onun müharibəyə gedənə qədərki həyatından danışırıq. Amana “dərd kitabımı vərəqləmə. Yarama dəymə”– deyir. Yanağı aşağı axan göz yaşlarını silir. Nəfəsi təngiyə-təngiyə, az qala, boğula-boğula “dərd kitabım”– dediyi xatirələri vərəqləyir.

– Həyatımız, demək olar ki, elə əvvəldən asan olmayıb. Elmara qədər çox çətinliklərdən keçdik. O, doğulanda həyatımızda bir yenilik yarandı. Elmar əslində sənədlərdə göstərildiyi kimi mart ayının 9-da doğulmayıb. Martın 2-də həftənin bazar günü dünyaya gəlib, 9-da isə qardaşımın qızı Günəş doğulub. Həkimin arayışı səhv verməsi nəticəsində Günəş mart ayının 2-nə, Elmar isə 9-na qeydiyyata düşüblər. Elmarın həyata gəlişinə qədər həyatımda sevindirici heç nəyim olmamışdı. Onunla qayğısız, gözəl günlərimiz başladı, amma uzun sürmədi. Elmar qucağımda 4 aylıq olanda atası xərçəng xəstəliyinə tutuldu, 2 aydan sonra rəhmətə getdi. Onda Elmar iməkləyirdi. Tək ana, ev yox, iş yox, çətinliklər üst-üstə gəlirdi, amma bütün çətinliklərə baxmayaraq, heç kimin qarşısında özümü sındırmadım.

Nə qədər tanış duyğulardan söz açır Amana xanım. Ananın iki uşağı saxlamağa maddi gücü olmadığından Elmar məktəb yaşına qədər bacısı ilə dayısıgildə yaşayıb. Elmarın tərbiyəsi ilə həm Əfqanıstan, həm də 1-ci Qarabağ savaşında döyüşən dayısı məşğul olub, onu vətənpərvər böyüdüb. 5 yaşında bağça müəlliminin hədiyyə verdiyi bayrağı sevərək əlindən yerə qoymur, onunla yatıb dururmuş. Şəhidin anası az qala hönkürərək “gedəndə də bayrağa büküldü, getdi”– deyib söhbətinə davam edir:

– Elmar 8-ci sinifdə oxuyanda sinif yoldaşları başqa məktəbə keçdiklərinə görə o da təhsilinə Mahir Ələkbərov adına məktəbdə davam etdi. Çünki sinif yoldaşlarını, dostlarını çox sevirdi. Onlardan ayrı qalmaq istəmədi. 9-cu sinfi bitirəndə isə məktəbdə son zəng günü dedi ki, “ana, mən dərslərimə davam etməyəcəyəm. Sənədlərimi peşə litseyinə vermək istəyirəm”. Elmar çox yaxşı oxuyurdu. Dedim, “biliyinə heyfin gəlmirmi, ay bala, sən ali təhsil almalısan”. Qayıtdı ki, “ana, sənin necə əziyyət çəkdiyini görmürəmmi? Mən sənə kömək etməliyəm ki, yükümüz azalsın”. Həmin vaxt qızım həyat yoldaşından ayrılmışdı, nəvəmlə bizdə qalırdı, ona görə problemlərimiz çox idi. İkimiz də işləməli idik. Elmar həm peşə məktəbində təhsil aldı, həm işlədi. Təzə 3 otaqlı ev aldıq, amma banka kredit borcumuz çox idi. Rayonda yeni iş yeri açılmışdı, mən aşpaz, Elmar isə yanacaqdoldurma məntəqəsində işlədik. Günlərimiz yaxşı keçirdi, heç bir problemimiz yox idi, ana– oğul çox xoşbəxt idik. Hər dəfə evdən çıxanda boynuma sarılıb deyərdi ki, ana, narahat olma, hər şey yaxşı olacaq. Mən böyüyəcəyəm, hərbi xidmətdən sonra sənə kömək edəcəyəm, yaxşı iş sahibi olacağam.

O, hərbçi olmaq istəyirdi, deyirdi ki, Vətən keşiyində dayanıb səni başı uca ana edəcəyəm. Elmar bacısını çox sevirdi, eləcə də bacısı oğlunu. Boş vaxtlarında “dayım, gözəl dayım”– deyib üstünə qaçan Turquta güləşmək öyrədirdi. Deyirdi, qoy böyüyəndə özünü müdafiə edə bilsin. Onun sevgisi tükənməzdi, hər kəsin yanında böyük hörməti vardı, böyüklə böyük, kiçiklə kicik davranışları vardı. Həm hörmət eləməyi bacarırdı, həm hörmət qazanmağı.

2020-ci il mayın 19-da Turşsu bulağında mənim 50 yaşımı qeyd etdik. Çox şən, yadda qalan bir məclis təşkil etmişdi. Elə orada dedi ki, “mən də hərbi xidmətə cağırılmışam. Anamdan ayrı 18 ay necə duracağam?” Amma bilmirdik ki, bu ayrılıq əbədidir. Ömrümüzün ən xoşbəxt günlərini keçirirdik. Mənim özüm Tovuzun dağ kəndi Böyük Qışlaqdanam. Elmar da kəndi çox sevirdi. Vaxt tapan kimi kəndə gedərdi. Orada da dostları vardı. Mənim xalam oğlu da 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdu. O veterandır və onunla da çox yaxın dayı– bacoğlu münasibəti vardı. Hətta döyüşdə olanda mənimlə danışanda zarafatla xalamoğluna ismarıc göndərmişdi: “Siz qoruya bilmədiyiniz torpaqları biz alıb gələcəyik”.

Torpaqlar alındı, amma Elmar gələ bilmədi. Bizim ayrılığımız əbədi oldu. Sentyabrın 5-də onları Xızıya apardılar. 1–2 dəfə danışdıq. Müharibə başladı. Amma mən elə bilirdim ki, oğlum Xızıda N saylı hərbi hissədə qulluq edir. Cünki hər danışanda elə deyirdi. Oktyabrın 27-də şəhər danışdıq. Çox sevincli idi, amma yenə harada olduğunu demədi. Həmin gün saat 4-dən sonra bir də zəng vurdu. Dedi: “Ana, məni bağışla, sənə yalan danışmışam. Mən cəbhədəyəm. Amma nə olar, axıra qədər qulaq as, sonra danış”. Susdum. “Ana, biz sentyabrın 27-də Murova gəlmişik. Mənfur düşmənin sonuna çatmışıq. Yaxın vaxtda qələbə xəbəri ilə səni sevindirəcəyəm. Ana, bu gün ictimai kanaldan çəkiliş oldu. Ən gənc döyüşçü kimi mən də danışmışam. Birdən xatırladım ki, axı anam bilmir, mən müharibədəyəm. Zəng vurdum ki, məni ekranda görəndə həyəcanlanma”.

Nitqim tutuldu, doluxsundum. Eləcə “Allah sizi qorusun!” – deyə bildim. Həm sevinirdim, həm narahat idim. Sevinirdim ona görə ki, böyütdüyüm oğul otuz il düşmən tapdağında qalan torpaqların azadlığı uğrunda döyüşür. Narahat idim ona görə ki, balamın on səkkiz yaşı yenicə tamam olmuşdu. O hələ körpə idi. Əlinə silah almağı nə vaxt öyrəndi, hansı təlimi keçdi, axı sonunda əbədi ayrılıq ölüm olan bir savaşda idi balam. Günlər keçdi. Noyabrın 1-də son dəfə danışdıq. “Ana, məndən zəng gəlməsə, narahat olma. Şuşaya çatmağa az qalıb. Vaxt tapan kimi zəng vuracağam”– dedi. Amma vaxt olmadı.

Noyabrın 7-də çox erkən yatmaq istədim. Gözümə yuxu gedər- getməz gördüm balamı sinəmə sıxmışam. O qədər istidir ki, sanki sinəmi alov yandırır. Balamın saclarını öpmək istəyirəm. Baxıram ki, qucağım boşdur. Qışqırıb yuxudan oyandım. Sübhə qədər yata bilmədim. Sübh cağı yuxulayanda yenə gördüm yatağım suyun içindədir. Balamı əlimdən alıb aparırlar. Yenə ayıldım, qışqırıb ağladım. Səsimə qonşum yan balkondan çağırdı ki, nə olub? Dedim, Elmar şəhid olub. Dedi: “Dəlisənmi, haradan bildin? Kim dedi?” “Yuxumu qarışdırdım” – dedim. Bəli, birinci yuxuda oğlum vurulub – ayın 7-də axşam saatlarında. Ayın 8-də sübh tezdən isə şəhid olub. Bu da 2-ci yuxunu gördüyüm saata təsadüf edirdi. Mən həmin gün heç kimə heç nə demədən gözlədim. Noyabrın 9-da xəbər təsdiqləndi. Amma nəşi tapılmadı. Noyabrın 8-də şəhadətə yüksələn balamın nəşi 13-də tapıldı. Gecə saatlarında Tovuza gətirildi. Noyabrın 14-də Qaraxanlı kənd qəbiristanlığında atasının məzarı yanında sazda çalınan “Ruhani” ilə balamı torpağa tapşırdıq. Bəlkə də, yeganə şəhiddir ki, rayon mərkəzindən Qaraxanlı kəndinədək – 7 kilometr yolu xalqın çiynində, minlərlə insanın əhatəsində “Ruhani” sədaları altında son mənzilə köçdü”.

18 yaşlı igidimiz Elmarın ömrü bu qədərmiş. O, subay olsa da, bacısı Vüsalə Namazova və onun körpə övladı Turqut Mirzəyev şəhidin himayəsində idi. Amana xanımın da, Vüsalənin də istəyi Turqutu dayısı Elmar kimi cəsur və vətənpərvər böyütmək, şəhidimizin ala bilmədiyi təhsili ona verməkdir.

Z.BAYRAM
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see255

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see249

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see241

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see234

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see234

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see226

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see224

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see217

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see207

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see200

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see198

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see196

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see196

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see190

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see189

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see187

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see186

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see185

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see183

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri