Icma.az
close
up
RU
BDU da hərc mərclik hökm sürür? KONKRET

BDU da hərc mərclik hökm sürür? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bir müddət əvvəl Bakı Dövlət Universitetinin tələbələri əsas korpusun auditoriyalarında istilik sisteminin olmaması ilə bağlı narazılıq etmişdilər. Ölkənin əsas universiteti sayılan BDU-da problem təkcə istilik sistemi ilə bitmirmiş.

KONKRET.az xəbər verir ki, Pravda.az-a daxil olan növbəti şikayətdə qeyd olunub ki, əsas korpusun auditoriyalarında işıqlandırma da zəifdir, bu səbəbdən müəllimlər arasında telefon fənəri ilə dərs keçənlər var.

Şikayətlərə baxmayaraq tədbir görülmədiyi üçün müəllimlər öz büdcələrindən auditoriyaya lampa alıb taxıblar.

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva bundan əvvəl saytımıza bildirmişdi ki, istilik mövsümü başlayandan BDU-nun bütün korpuslarına istilik verilib və heç bir problem yoxdur, məlumat yanlışdır.

Biz də şikayətlərdən yola çıxaraq BDU-nun əsas korpusunda istiliklə bağlı problemin hazırda nə yerdə olduğunu yenidən öyrənmək istədik. Məlum oldu ki, universitetin laboratoriya otaqlarında dərs keçən tələbələr soyuq olduğu üçün dərsi üst geyimində dinləməyə məcburdurlar. Xüsusilə, Hüquq fakültəsində şəraitin acınacaqlı olduğu bildirildi. Ödənişli əsaslarla təhsil alan tələbələr illik BDU-ya 4500 təhsil haqqı ödədiklərini, lakin qarşılığında normal şəraitin olmadığını, vəziyyətin ötən illərdə də bu cür olduğunu dedilər.

Bir qədər də araşdırandan sonra başqa şikayət də eşitdik. Belə ki, Yeni il ərəfəsində BDU-nu bəzəmək üçün hər tələbədən 1 manat yığıldığı, pulların hara və kimə ödənildiyi barədə heç bir məlumat verilmədiyi deyildi.

Görünür, BDU-ya bu il təhsil haqlarını 100-600 manat artırmaq yetərli olmayıb.

Sorğumuza cavab olaraq Bakı Dövlət universitetinin mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, məlumatlar yanlışdır: “Nəinki 1 manat, 1 qəpik belə yığıla bilməz və belə şeylər qadağandır, yolverilməzdir”.

K.Quliyeva məsələnin araşdırılacağını deyib.

Qeyd: Son günlər BDU-nun rektoru Elçin Babayevin adı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin komandası ilə hallandırılır. Yayılan xəbərlərə əsasən, Babayevin də yaxın zamanda vəzifəsindən azad ediləcəyi istisna edilmir. O, 2019-cu ildən BDU-da rektordur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Dekabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri