Icma.az
close
up
RU
Qərb yenə öz ampluasındadır Ermənistana “yaşıl işıq” yandırılır, digərlərinə isə...

Qərb yenə öz ampluasındadır Ermənistana “yaşıl işıq” yandırılır, digərlərinə isə...

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə Ermənistanda insan haqlarının kobud şəkildə pozulması halları artıb. Diktatura metodlarının tətbiqi isə daha da sürətlənib. Bütün bunların fonunda bir məsələ xüsusi diqqət çəkir. Qərb, Avropa İttifaqı bir susqunluq nümayiş etdirir. Halbuki, digər ölkələrdə bu kimi hallar baş verən kimi ikiüzlü Qərb dərhal hərəkətə keçir.

Ermənistanda siyasi repressiyalar aparıldığı da bir faktdır. Bu ölkədə artıq demək olar ki, müxalifət tam neytrallaşdırılıb, müxalif liderlərin və fəalların həbslərini daim müşahidə edirik. Jurnalistlərin sıxışdırılması, media azadlığının pozulması adi hal alıb.

Kilsəyə qarşı repressiv metodlardan istifadə və hazırda Ermənistan baş naziri Nikol Paşinyanla kilsə arasındakı qarşıdurma da hər kəsə məlumdur...

Qərb niyə ikiüzlülük edir?

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, Ermənistanda son illər müşahidə olunan siyasi proseslər ölkədə insan haqlarının ciddi şəkildə pozulduğunu, demokratik institutların məhv edildiyini və avtoritar meyllərin gücləndiyini açıq şəkildə göstərir:

“Hakimiyyət müxalif səsi sıradan çıxarmaq üçün sistemli repressiya mexanizmləri tətbiq edir. Müxalifət liderlərinin və fəalların ardıcıl həbs edilməsi, onlara qarşı açılan əsassız cinayət işləri siyasi rəqabət imkanlarının sıfıra endirildiyini təsdiqləyir. Ermənistanın siyasi mühiti faktiki olaraq təkpartiyalı idarəçiliyə bənzər quruluşa çevrilib: alternativ mövqelər ya susdurulur, ya da fiziki olaraq siyasi prosesdən uzaqlaşdırılır. Media sektoru da eyni təzyiq dalğasının hədəfindədir. Jurnalistlərin həbsi, redaksiyalara edilən basqılar, informasiya azadlığının məhdudlaşdırılması artıq normaya çevrilib. Ermənistanda söz azadlığı beynəlxalq təşkilatların hesabatlarında ilbəil daha aşağı göstəricilərlə qiymətləndirilir və ölkə açıq şəkildə senzura modelinə doğru sürüklənir. İnformasiya mühiti daraldıqca cəmiyyətin real vəziyyəti görmək imkanı da zəifləyir, bu isə avtoritar sistemlər üçün ən əlverişli zəmin yaradır.

Repressiv siyasətin digər istiqaməti isə kilsəyə qarşı yürüdülən təzyiq xəttidir. Ermənistan cəmiyyətində ənənəvi olaraq güclü sosial təsirə malik olan dini institutların neytrallaşdırılması, kilsə rəhbərlərinin təqib olunması və nüfuzdan salınması hakimiyyətin total nəzarət arzusundan doğur. Dövlətin kilsə ilə açıq qarşıdurmaya getməsi ideoloji və siyasi monopoliyanı tam şəkildə öz əlində cəmləmək niyyətindən xəbər verir.

Bu vəziyyət fonunda Qərbin və xüsusilə Avropa İttifaqının susqunluğu diqqət çəkir. İnsan haqlarının pozulması, siyasi məhbusların artması, media azadlığının sıradan çıxarılması kimi hallar başqa ölkələrdə baş verdikdə Qərb institutları dərhal sanksiyalar, təzyiq bəyanatları və ya sərt açıqlamalarla reaksiyaya gəlir. Lakin Ermənistanda baş verənlərə münasibətdə eyni fəallıq gözə dəymir. Bu ikili standart yalnız siyasi deyil, həm də mənəvi problem yaradır: Qərbin “demokratiya və insan haqları” prinsiplərinin universallıq iddiası sual altına düşür. Görünür ki, bu təşkilatların regiondakı maraqları prinsiplərdən üstün tutulur və Ermənistan siyasi reallığı həmin maraqlara toxunmadığı üçün mövcud avtoritar trendlər görməzdən gəlinir.

Nəticə etibarilə, Ermənistan bu gün demokratiyadan uzaqlaşmaqda, avtoritar idarəçilik modelinə sürətli keçid etməkdədir. Bunun beynəlxalq səviyyədə laqeydliklə qarşılanması isə regionda yeni gərginlik ocaqlarının yaranmasına zəmin yaradır və ikili standartların dərinləşdiyini açıq şəkildə sübut edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri