Icma.az
close
up
RU
19 20 sentyabr antiterror əməliyyatının tarixi dəyəri

19 20 sentyabr antiterror əməliyyatının tarixi dəyəri

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan tarixinin şanlı səhifələri sırasında 2020-ci ilin Vətən müharibəsi necə əbədiyyət qazandısa, 2023-cü il 19–20 sentyabr antiterror əməliyyatı da dövlətçilik yolumuzun parlaq qələbələrindən biri kimi yaddaşlara həkk olundu. Bu əməliyyat yalnız hərbi-siyasi qələbə deyildi, həm də Azərbaycan dövlətinin iradəsinin, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, xalqımızın milli birliyinin təntənəsi idi. Ən əsası isə qanunsuz hərbi mövcudluğa son qoyuldu. Üçtərəfli Bəyanatın imzalanmasından sonra 3 il ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağda mövcudluğu Azərbaycan üçün ciddi təhdid idi. Halbuki həmin bəyanata əsasən erməni silahlı dəstələri bölgəni çoxdan tərk etməli idilər. Əksinə, Ermənistan bu illər ərzində silahlı qüvvələrini artırır, yeni texnika gətirir, təxribat törədirdi. Qondarma qurum isə guya "müstəqillik" iddiaları ilə çıxış edir, separatizmə rəvac verirdi. Cənab Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi: “Biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik.” Bu xəbərdarlıq artıq 2023-cü ilin sentyabrında real hərbi-siyasi nəticəyə çevrildi. 19 sentyabr səhəri erməni diversantlarının mina terroru nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak oldu. Ordumuzun mövqelərinə hücumlar təşkil edildi. Azərbaycan dövləti belə cinayətlərə cavabsız qalmadı və lokal antiterror əməliyyatı başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun peşəkarlığı sayəsində 406 kvadratkilometr ərazi düşmən qüvvələrindən tam təmizləndi. 310 düşmən məhv edildi, yüzlərlə yaralı oldu, minlərlə silah-sursat, yüzlərlə texnika ələ keçirildi.  Ən önəmlisi, Azərbaycan Respublikasının konstitusiya quruluşu bərpa olundu, dövlət suverenliyi tam təmin edildi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu əməliyyat Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün bərpası deməkdir.” Azərbaycan hər zaman humanist mövqeyi ilə fərqlənib. Əməliyyat zamanı Ali Baş Komandanın birbaşa göstərişi ilə mülki əhalinin zərər görməməsi üçün xüsusi tədbirlər görüldü. Qarabağın erməni sakinlərinə SMS vasitəsilə xəbərdarlıqlar edildi, vərəqələr paylandı, səs gücləndirici vasitələrlə müraciətlər olundu. Azərbaycan humanizm nümayiş etdirərək qadınların, uşaqların, yaşlıların, xəstələrin təhlükəsizliyini təmin etdi. Cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan etmişdir: “Bizim hədəfimiz dinc əhalini deyil, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək idi.” Antiterror əməliyyatı ilə Qarabağdakı separatçı xunta rejimi ləğv edildi. Qondarma qurumun rəhbərləri həbs olundu, separatçılar kapitulyasiya aktına imza atdılar. 28 sentyabrda qondarma “Dağlıq Qarabağ respublikası”nın ləğvi ilə bağlı sənəd imzalanaraq tarixin arxivinə göndərildi. Bu qələbədən sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün real imkanlar yarandı. Artıq bölgədə yalnız Azərbaycan qanunları işləyir. Cənab Prezidentin dediyi kimi: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, onlar Azərbaycan dövlətinin qoruması altındadır.”

Bu qələbə sadəcə hərbi əməliyyat deyildi, dövlətçilik tariximizin ən böyük dönüşlərindən biri oldu. Məhz buna görə də cənab Prezident İlham Əliyev 19 sentyabr tarixini “Dövlət Suverenliyi Günü” elan etdi. Bu qərar, əslində, 1918-ci ildə əsası qoyulmuş müstəqillik ideallarının 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında parlaq şəkildə gerçəkləşməsinin təsdiqi idi. 2023-cü il 15 oktyabrda Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli Azərbaycan bayrağını ucaltdı. Bu, Azərbaycan dövlətinin Böyük Qələbəsinin rəmzi idi. O tarixi anlarda cənab Prezidentin söylədiyi sözlər xalqımızın yaddaşına əbədi həkk olundu: “Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qarabağ Azərbaycandır!” 19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı Azərbaycan xalqının tarixi iradəsinin, dövlət başçısının qətiyyətli liderliyinin və ordumuzun misilsiz qəhrəmanlığının təntənəsi oldu. Bu Qələbə Azərbaycanın gələcək inkişafı, bölgədə sülhün və sabitliyin bərqərar olması üçün mühüm siyasi-hüquqi zəmin yaratdı. Bu gün üçrəngli bayrağımız Qarabağın hər guşəsində dalğalanırsa, bu, cənab Prezident İlham Əliyevin böyük zəfər salnaməsinin nəticəsidir.

Zaur Mehdiyev,

YAP Gədəbəy rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri