Icma.az
close
up
RU
Azərbaycanın suverenliyinin təntənəsi: 19 20 sentyabr antiterror tədbiri

Azərbaycanın suverenliyinin təntənəsi: 19 20 sentyabr antiterror tədbiri

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbiri Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar səhifə açdı. Yalnız 23 saat davam edən bu qətiyyətli tədbir nəticəsində separatçı silahlı birləşmələr tam zərərsizləşdirildi, Xankəndi də daxil olmaqla Qarabağın bütün ərazilərində Azərbaycanın suverenliyi bərpa olundu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış bu tədbir həm hərbi qüdrətimizin, həm də xalqımızın milli iradəsinin təntənəsi oldu. Dövlət başçısının sözləri ilə desək, Azərbaycan xalqı “heç vaxt bu vəziyyətlə barışmadı və imkan vermədi ki, bizim torpaqlarımızda ikinci erməni dövləti yaradılsın”.

Xankəndidə dalğalanan üçrəngli bayraq

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaldaraq Azərbaycan xalqına tarixi müraciət etdi. Dövlət başçısı vurğuladı ki, düz 20 il əvvəl xalqa verdiyi andı — Azərbaycanın ərazi bütövlüyünü qorumaq və Bayrağımızı işğal olunmuş bütün torpaqlarda qaldırmaq vədini — artıq şərəflə yerinə yetirmişdir.

Prezident İlham Əliyevin Xankəndi şəhərində həmin çıxışında vurğuladı ki, Azərbaycanın güclü iqtisadiyyatı və ordusu müstəqilliyin əsas dayağıdır, Qələbə şəhidlərin qanı bahasına qazanılıb, 19–20 sentyabr tədbiri labüd idi və Azərbaycan xalqı bu tarixi Zəfərlə həmişə fəxr edəcəkdir.  

Tarixi ədalətin bərpası

Xankəndidə ucaldılan Bayraq təkcə Azərbaycanın ərazi bütövlüyünün tam təminatı deyil, həm də xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin yekun qələbəsi idi. Bu, həm də Xocalı soyqırımı qurbanlarının ruhunu şad edən, qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdış yolunu açan tarixi ədalət idi.

Azərbaycan xalqı bu zəfəri qətiyyət, səbr, milli birlik və dövlət-xalq həmrəyliyi sayəsində əldə etdi. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Azərbaycan xalqı öz ləyaqətini bərpa etdi, tarixi ədaləti bərpa etdi”.

Böyük Qələbənin davamlılığı

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi şəhərlərdə yeni həyat başlanır. Dövlətimizin “Böyük Qayıdış” proqramı çərçivəsində soydaşlarımız doğma torpaqlarına qayıdır, Azərbaycan Bayrağı əbədi olaraq bu torpaqlarda dalğalanır.

19–20 sentyabr 2023-cü il antiterror tərbiri və 2023-cü il  oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması yalnız bir hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin müstəqilliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsidir.

Bu gün biz bu qələbənin ikinci ildönümünü qeyd edərkən qürurla deyirik: Qarabağ Azərbaycandır!

Azər Süleymanov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri