Icma.az
close
up
RU
19 həftəlik hamilə qadın əməliyyat olundu Azərbaycan tibb tarixində ilk

19 həftəlik hamilə qadın əməliyyat olundu Azərbaycan tibb tarixində ilk

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan səhiyyəsində mühüm yeniliyə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik uroloji əməliyyat uğurla icra edilib. 

“Qafqazinfo” xəbər verir ki, ilk hamiləliyini yaşayan 20 yaşlı qadın üzərində aparılıb.

Hamiləlik dövründə arterial təzyiqinin dəfələrlə 170-180 mm civə sütununa qədər yüksəlməsi səbəbindən ultrasəs müayinəsindən keçirilən pasiyentin sağ böyrəküstü vəzisində 8 santimetr ölçüsündə törəmə aşkarlanıb. 

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən xəstənin instrumental və laborator müayinələri nəticəsində törəmənin feoxromositoma olduğu müəyyən edilib. 

Feoxromositoma nadir rast gəlinən neyroendokrin törəmədir. Bu xəstəlik arterial təzyiqin qəfil və kəskin yüksəlməsinə səbəb ola bilər. Hamiləlik zamanı belə bir vəziyyətin yaranması isə həm ana, həm də bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yaradır. 

Pasiyentin vəziyyəti nəzərə alınaraq, ginekoloq, endokrinoloq, kardioloq və anestezioloqların iştirakı ilə geniş tibbi konsultasiyalar, zəruri müayinə və əməliyyatöncəsi hazırlıq tədbirləri həyata keçiridikdən sonra 19 oktyabr 2026-cı il tarixində ATU-nun Tədris Cərrahiyyə Klinikasında sağ böyrəküstü vəzinin çıxarılması - sağtərəfli adrenalektomiya əməliyyatı laparoskopik üsulla uğurla icra olunub. 

Açıq cərrahi müdaxilədən fərqli olaraq, laparoskopik üsul kiçik kəsiklər vasitəsilə həyata keçirilən müasir, minimal invaziv yanaşmadır. Hamiləlik dövründə, xüsusilə də ana və döl üçün ciddi risk yaradan belə bir xəstəlik zamanı bu metodun tətbiqi yüksək peşəkarlıq və diqqətli tibbi planlaşdırma tələb edir. Beləliklə, həyati risk yaradan vəziyyətə baxmayaraq, həkimlər ana və döl üçün yüksək risk daşıyan əməliyyatı müasir, minimal invaziv üsulla uğurla başa vurublar. 

Əməliyyat ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən icra edilib. 

Laparoskopik yanaşmanın ən böyük üstünlüyü odur ki, pasiyentin yüksək riskli və ağır bir əməliyyat keçirməsinə baxmayaraq, xəstəxanada qalma (hospitalizasiya) müddəti cəmi 2 gün çəkib. Artıq evə buraxılan pasiyent hazırda həkim nəzarətindədir. Hazırda həm ana, həm də dölün vəziyyəti yaxşıdır və heç bir risk yoxdur.

Azərbaycan tibb tarixində ilk olan bu uğurlu əməliyyat, hamiləliyin idarə edilməsi və minimal invaziv cərrahiyyə sahəsində mühüm bir nailiyyətdir.

Bu hadisə hamiləlik dövründə nadir və yüksək riskli xəstəliklərin müalicəsində müasir cərrahi texnologiyaların və müxtəlif ixtisaslı həkimlərin birgə fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Oktyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri