Icma.az
close
up
RU
19 SENTYABR AZƏRBAYCANIN HƏRB TARİXİNİN ƏN PARLAQ SƏHIFƏSİ

19 SENTYABR AZƏRBAYCANIN HƏRB TARİXİNİN ƏN PARLAQ SƏHIFƏSİ

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurəddin İsmayıl

19 sentyabr Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsinin açıldığı gün kimi yadda qaldı. 44 günlük Vətən müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan təcavüzkar Ermənistan və onun Qarabağda kök salan qondarma rejimi bu acı məğlubiyyətlə barışmaq istəmir və hərbi təxribatlarını davam etdirirdi.

Ermənistan 10 noyabr üçtərəfli saziş üzrə kapitulyasiya şərtlərini yerinə yetirmək əvəzinə rus sülhməramlı kontingentin himayədarlağına arxalanaraq yenidən qeyri-qanuni yolla əraziyə silah sursat daşıyır, Azərbaycan Ordusunu mövqeləriin müxtəlif çaplı silahlardan atəşə tutur, səngər və sığınacaqların sayını artırır, özlərinə “prezident”lərini” seçir, “parlament”ləri adından dövlətimiz əleyhinə bəyanatlar verirdi.

Ardıcıl olaraq davam edən bu təxribatlar 19 sentyabrda özünün pik nöktəsinə çatdı. Bölgədə yerləşən erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlar törətməyə, terror hücumları təşkil etməyə başladı və kəşfiyyat-diversiya qrupları vasitəsi ilə qurulan minalar nəticəsində bir neçə mülki əhalimizin, polis əməkdaşlarımızın ölümünə bais oldular.

Edilən xəbərarlığa, verilən güzəştlərə baxmayaraq düşmən ipə-sapa yatmaq istəmir və öz erməni xislətlərinə uyğun olaraq hər cür hərbi cinayətlərə əl atmaqda davam edirdi. Azərbycan Ordusu bardağın daşdığını görür və hərəkətə keçmk üçün ali baş komandanın son əmrini gözləyirdi.

Nəhayət 19 sentyabrda bu əmr verildi və lokal antiterror əməliyyat işə düşdü. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldu. Rusiya sülhməramlı kontingenti vasitəsi ilə edilən müraciət nəticəsində 20 sentyabrda antiterror əməliyyatı dayandırıldı. Qəhrəman ordumuz tərəfindən başı əzilən, rəzil günə düşən qeyri-qanuni silahlı qüvvələr bölgədən çıxarıldı, xunta rejimi özünü buraxdı, bu gün Azərbaycan ədalət məhkəməsində sorğulanan separatçı hərbi canilər həbs edildi.

Azərbaycan 200 illik tarix ərzidə ilk dəfə olaraq öz ərazi bütövlüyünü, dövlət suverenliyini bərpa etdi. Yüz illərin erməni fitnəsinə, rus işğalına beləcə son qoyuldu. İstər zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi, istərsə də bir günlük antiterror əməliyyatı hərb tariximizə qızıl hərflərlə yazılan gün kimi yaddaşlara hopdu.

Bu tarixi qələbəni şərtləndirən səbəblərə gəldikdə, milli vətənpərvərlik ruhunun ölməzliyi, yürüdülən xarici siyasətin effektliliyi, ordu ilə xalq arasında, dövlət qurumları ilə siyasi palitrada təmsil olunan müxalif qüvvələrin vəhdəti, beynəlxalq şərtlərə uyğun düzgün zamanlama, müasir hərbi texnoloji üstünlüklər, örnək olan hərbi peşəkarlığın yeni modeli, işğalçıdan fərqli olaraq, vətənin, millətin azadlığı uğrunda aparılan ədalətli müharibənin hər fərdimiz tərəfindən dərki haqqında düşünməyə dəyər.

Etiraf ediməlidir ki, istisna hallar olmaqla Azərbaycanın düşmənlə üz-üzə qaldığı son 200 il ərzindən son zəfər gününə kimi xalqımızın bu qədər yekdil, tək yumruq, bir döyünən ürək, milli həmrəy olduğu, suverenliyimiz, ərazi bütövlüyümüz uğruda gözünü qirpmadan canını fəda etmək, apardığı mübarizənin geridönməzliyini təmin etmək hazırlığı müşahidə olunmamışdır.

İndi qarşıda duran daha mühüm vəzifələrin olduğu unudulmamalıdır. Dünənə qədər bizimlə düşmənçilik etməyə zorlanan bir dövlətlə yeni şərtlərə uyğun olaraq və Azərbaycanın irəli sürdüyü haqlı tələblər əsasında sülh sazişinin imzalanması, 30 ildən artıq müddət ərzində Azərbaycanın əsas hissəsindən aralı düşmüş Naxçıvana sərbəst gediş-gəlişin təminatçısı olan Zəngəzur dəhlizinin açılması, yurddaşarımız qərbi azərbaycanlıların qayıdışına zəmanət verən önləyici addımların atılması, işğaldan azad olunan ərazilərmizdə bərpa-quruculuq işlərinin effektli şəkildə davam etdirilməsi, qaçqın və məcburi köçkünlərimizin öz dədə-baba yurdlarında yenidən məskunlaşdılması, yürüdülən uğurlu xarici siyasətin bu gün naqislikllərlə müşahidə olunan daxili siyasətə kopyalanması.

Dünyada baş verən geosiyasi dəyişiklilər, kəskin qütbləşmələr, beynəlxalq hüququn beynəlxalq güclər tərəfindən görməzdən gəlməsi, rejimlər daxilində çaxnaşmalar, idarə olunan xalq etirazları, demokratiyanın qorunması adı altında suveren ölkələrin daxili işlərinə kobud müdaxilə bizi ayıq sayıq olmağa, ölkəmzdə demokratik dəyərlərin qorunması, insan hüquq və azadlıqlarının tam təminata alınması, korrupsiya və rüşvətxorluğa qarşı yekdil mübarizə aparılması, milli birliyin, vətəndaş həmrəyliyinin konstitusion qaydada gözlənilməsi kimi problemləri qeyd-şərtsiz yerinə yetirməyə səsləyir.

19.09.2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Sentyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri