Icma.az
close
up
RU
Türkiyə tarixinin qanlı səhifəsi 12 sentyabr çevrilişi

Türkiyə tarixinin qanlı səhifəsi 12 sentyabr çevrilişi

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul, 12 sentyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə demokratiya tarixinin qanlı səhifələrindən biri olan, 1980-ci il sentyabrın 12-də baş verən hərbi çevrilişdən 45 il ötür.

Bu çevriliş səhər saatlarında “TRT” radiosunda səsləndirilən İstiqlal və Hərbi marşların ardından Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Kənan Evren tərəfindən imzalanan “Bir nömrəli bəyannamə”nin oxunmasından sonra başlayıb. “Bayraq hərəkatı” kimi tanınan hadisə zamanı 1970-ci ildən sonra dəyişdirilən 1961-ci il Konstitusiyasının tətbiqi dayandırılıb və Türkiyə Böyük Millət Məclisi ləğv olunaraq antidemokratik fəaliyyətlər davam etdirilib. Qeyri-hökumət təşkilatlarını hədəfə alan inqilabçılar Türk Hava Təşkilatı, Uşaq Müdafiə Agentliyi və Qızıl Aypara Komitəsi istisna olmaqla, bütün dərnəklərin və siyasi partiyaların fəaliyyətini dayandırıblar. Baş nazir Süleyman Dəmirəl başda olmaqla, bir çox dövlət nümayəndələri Uzunadaya sürgün ediliblər. Türkiyənin hər baxımdan geriləməsinə səbəb olan bu çevrilişin səbəbkarları, eyni zamanda, uzun illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyən ölüm hökmlərinin də memarı olublar.

Bu çevriliş nəticəsində Türkiyə böyük itkilər verib, ölkə siyasəti yenidən qurulub. Doqquz il davam edən yeni hərbi dövrdə 650 min nəfər saxlanılıb. Ümumilikdə hazırlanan 210 min iddianamə əsasında 230 min insan mühakimə olunub, 7 mindən çoxu üçün ölüm hökmü tələb edilib. 517 nəfərin edam cəzasına məhkum edildiyi prosesdə 50 nəfər darağacına göndərilib. Bu dövr ərzində ölkə iqtisadiyyatına təxminən 50,4 milyard dollar məbləğində zərər dəyib.

Dövlət çevrilişini törədənlər, o cümlədən Kenan Evren və ölkənin Hava Qüvvələrinin ozamankı komandanı Tahsin Şahinkaya haqqında ilk cinayət işi 2011-ci ildə Ankara Baş Prokurorluğu tərəfindən başlanıb. Hazırlanan iddianamənin Ankara Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci il yanvarın 10-da qəbul edilməsi ilə Türkiyə tarixində ilk dəfə dövlət çevrilişində təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri