Icma.az
close
up
RU
19 yaşında qazandığı milyonlar Fotolar

19 yaşında qazandığı milyonlar Fotolar

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Cəmi 19 yaşı olmasına baxmayaraq, İspaniya millisinin və "Barselona"nın ulduzu Lamin Yamal futbol tarixinin ən parlaq gənc istedadlarından biri hesab olunur.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, DÇ-2026-da İspaniyanı çempionluğa daşıyan futbolçu ilə bağlı maraqlı məqamlar diqqət çəkib.

Adının xüsusi mənası var

Futbolçunun tam adı Lamin Yamal Nasraui Ebanadır. O, adını ailəsinin çətin günlərində valideynlərinə kömək edən iki yaxın dostunun şərəfinə alıb. "Lamin" ərəb dilində "etibarlı", "Yamal" isə "gözəllik" mənasını verir.

"304" işarəsi ilə qol sevincini qeyd edir

Yamal hər qolundan sonra əlləri ilə "304" işarəsini göstərir. Bu, onun böyüdüyü Kataloniyanın Rokafonda məhəlləsinin poçt indeksinin son üç rəqəminə işarədir. Futbolçu hətta "304", "LY304" və həmin jestləri rəsmi olaraq ticarət nişanı kimi qeydiyyatdan keçirib.

Körpə olarkən Lionel Messi ilə fotosu çəkilib

2008-ci ildə "Barselona"nın xeyriyyə təqvimi üçün keçirilən fotosessiyada cəmi 5 aylıq olan Lamini qucağına alan şəxs Lionel Messi olub. İllər sonra həmin fotolar yenidən gündəmə gələrək böyük marağa səbəb olub.

Tarix yazıb

Yamal 15 yaşında "Barselona"nın əsas komandasında debüt edib. O, UEFA Avropa çempionatını və FIFA Dünya Kubokunu qazanan ən gənc futbolçu kimi tarixə düşüb.

Balaca qardaşı da məşhurlaşıb

2026-cı il dünya çempionatında tribunadan qardaşına dəstək verən 3 yaşlı Keyne Yamal sosial şəbəkələrin ulduzuna çevrilib. Onun emosional reaksiyaları milyonlarla baxış toplayıb.

"19" rəqəmi Messi ilə bağlıdır

Lamin Yamal İspaniya millisində 19 nömrəli forma ilə çıxış edir. Maraqlıdır ki, Lionel Messi də karyerasının ilk illərində və ilk dünya çempionatında məhz 19 nömrəli formanı geyinmişdi. DÇ-2026-nın finalı da iyulun 19-da keçirilib və həmin gün 19 yaşlı Yamal Messiyə qarşı oynayıb.

Gecə yarısı peçenye yeməyi sevir

Futbolçu erkən yatıb gecənin bir vaxtı oyanaraq peçenye yeməyi sevdiyini etiraf edib. Buna görə yatağının yanında həmişə peçenye saxladığını bildirib.

 Oyun həvəskarıdır

Lamin boş vaxtlarında "Fortnite", "Brawl Stars", "Roblox" və digər video oyunlarını oynamağı sevir. Hətta futbolçu olmasaydı, strimer olmaq istədiyini deyib.

Vanil qoxusuna xüsusi sevgisi var

Yamal vanil ətirinə böyük maraq göstərir. O, gündəlik həyatında vanil qoxulu sabun, krem, şam və ətirlərdən istifadə edir. Evində də vanil ətirli şam və hava təravətləndiricilərinə üstünlük verir.

Anası onu cəmi 16 yaşında dünyaya gətirib

Restoranda çalışaraq ailəsinə dəstək olub. Atası isə ailəni dolandırmaq üçün küçələrdən istifadə oluna və ya satıla biləcək əşyalar toplayıb. Valideynlərinin onu futbol məşqlərinə göndərməyə maddi imkanı olmayıb. Lakin Laminin istedadını görən məşqçilər ona ödənişsiz məşq etmək imkanı yaradıblar. Daha sonra o, "Barselona"nın "La Masia" akademiyasına qəbul olunub, 15 yaşında əsas komandada debüt edib və qısa zamanda dünya futbolunun ən parlaq gənc istedadlarından birinə çevrilib.

Avtomobil kolleksiyası və dəbdəbəli həyatı

Lamin Yamal qısa müddətdə dəyəri təxminən 1,5 milyon dollar olan lüks və yüksək performanslı avtomobillər kolleksiyası formalaşdırıb. 2026-cı ildə sürücülük vəsiqəsini aldıqdan sonra qarajını sürət, komfort və eksklüzivliyi bir araya gətirən bahalı avtomobillərlə zənginləşdirib.

"Ferrari 296 GTB Assetto Fiorano - 390 min dollar

"Audi RS 6 Avant GT" - 160 min dollar

"Cupra Formentor VZ5 Century Gold Edition" - 95 min dollar

"Porsche 911 GT3 RS" - 320 min dollar

Əmlaka böyük marağı var

Məlumata görə, futbolçu "Barselona"nın sabiq kapitanı Jerar Pike və dünya ulduzu Şakiranın vaxtilə yaşadığı lüks villanı almağı planlaşdırır.

2012-ci ildə tikilən və təxminən 3800 kvadratmetr ərazini əhatə edən malikanədə:

* üç yaşayış evi,
* qapalı və açıq hovuzlar,
* şəxsi tennis kortu,
* tam təchiz olunmuş idman zalı,
* peşəkar səsyazma studiyası,
* geniş bağ sahəsi mövcuddur.

Əmlak Pike ilə Şakiranın ayrılmasından sonra əvvəlcə 14 milyon avroya satışa çıxarılıb. Daha sonra ərazidəki evlərdən biri satılıb və hazırda kompleksin təxminən 11 milyon avro dəyərində olduğu bildirilir.

Futbolçunun "Barselona" ilə imzaladığı yeni 6 illik müqavilənin mövsümə görə 30 milyon avroya qədər qazanc gətirəcəyi bildirilir. Qazandığı gəlir hesabına Yamal artıq anası, atası və nənəsi üçün ev alıb. Buna baxmayaraq, o, hələ də anası ilə birlikdə yaşayır.

Bahalı saat kolleksiyası ilə də diqqət çəkir

19 yaşlı futbolçunun kolleksiyasında dünyanın ən məşhur lüks saat brendlərinə məxsus modellər yer alır. "Audemars Piguet Royal Oak Chronograph" - 38 millimetrlik 18 karat çəhrayı qızıldan hazırlanıb. "Rolex Cosmograph Daytona "Chocolate" - 18 karat Everose qızıldan hazırlanıb. "Patek Philippe Cubitus" - bu model brendin ən yeni lüks idman saatlarından biridir və təqdim olunduğu gündən böyük maraq doğurub. "Rolex Oyster Perpetual" - "Jubilee" motivli siferblatı ilə seçilir. Lamin Yamalın saat kolleksiyasının ümumi dəyərinin yüz minlərlə dollar olduğu bildirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://axsam.az
archiveBu xəbər 20 İyul 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri