Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb

İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 oktyabr, AZƏRTAC

İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi “National Geographic” tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlərinin gündəlik vərdişləri araşdırılaraq onların 100 yaşdan çox yaşamasına təsir göstərə biləcək amillər müəyyənləşdirilib.

AZƏRTAC “Fox News” telekanalına istinadla xəbər verir ki, 2024-cü ilin statistikası Bolotananın “mavi zonalar” sırasına daxil edilə biləcəyini göstərir. Əhalisi 2262 nəfər olan kənddə 10 nəfərin yaşı 100-ü ötüb. Bu göstərici Sardiniya üzrə orta göstəricidən təxminən 10 dəfə, ABŞ üzrə orta göstəricidən isə 11 dəfə yüksəkdir.

Tədqiqatçılarının diqqət yetirdiyi əsas amillər gündəlik fiziki fəallıq, bitki mənşəli qidalanma və güclü sosial əlaqələrdir.

Kənd sakinləri gündəlik işlərini görərkən çox vaxt piyada hərəkət edirlər. Küçələrin maili olması mağazalara, kafelərə, iş yerlərinə və dostların evlərinə gedərkən fiziki fəallığı artırır. Sakinlər kənd daxilində avtomobillərdən nisbətən az istifadə edirlər.

“National Geographic” tədqiqatçısı Den Byütnerin fikrincə, gündəlik həyat tərzinə çevrilən fiziki aktivlik uzunömürlülük baxımından idman zalında məşq etməkdən daha əhəmiyyətli ola bilər.

O bildirib ki, kənd sakinləri xüsusi olaraq uzun yaşamağa çalışmırlar. Onların həyat tərzi daha çox yaşadıqları mühitin xüsusiyyətləri ilə formalaşır.

Bolotana sakinlərinin qida rasionunda paxlalılar, tərəvəzlər, buğda məhsulları, zeytun və zeytun yağı mühüm yer tutur. Pendir və ət isə daha az miqdarda istehlak edilir.

Tədqiqatçının sözlərinə görə, kənddə uzunömürlü insanların qidalanmasının təxminən 90 faizi bitki mənşəli məhsullardan ibarətdir. Səhər yeməyində əsasən çörək, pendir, zeytun və qəhvəyə üstünlük verilir. Günün əsas yeməyi olan naharda isə mövsümi tərəvəzlər və lobya ilə hazırlanan minestrone şorbası tez-tez süfrəyə verilir.

Noxud, mərci və ağ lobya sakinlərin rasionunda mühüm yer tutur. Ənənəvi olaraq ət ayda təxminən beş dəfə, əsasən bayram və xüsusi günlərdə yeyilir.

Alimlər yerli zeytun yağında olan bəzi nadir yağ turşularının uzunömürlülüklə mümkün əlaqəsini də araşdırırlar. Lakin bu əlaqə hələ elmi cəhətdən qəti təsdiqlənməyib.

Uzunömürlülərlə əlaqələndirilən üçüncü amil ailə üzvləri, dostlar və qonşularla müntəzəm ünsiyyətdir. Birgə yeməklər, ictimai tədbirlər və digər kollektiv fəaliyyətlər kənd sakinlərinin gündəlik həyatının mühüm hissəsidir.

Den Byütnerin müşahidələrinə görə, kənddə qadınlar arasında sosial əlaqələr xüsusilə güclüdür. Onlar kitabxanada müntəzəm görüşür, birlikdə çörək və şirniyyat bişirir, dini və ictimai tədbirlərdə iştirak edirlər.

Kişilərin ev işlərində daha fəal iştirakının qadınların üzərinə düşən gündəlik yükü azalda biləcəyi də ehtimal edilir. Bununla belə, bu amilin qadınların daha uzun yaşamasına birbaşa təsiri elmi baxımdan hələ sübuta yetirilməyib.

Mütəxəssislər hesab edirlər ki, Bolotana nümunəsi uzunömürlülüyün yalnız bir amillə deyil, gündəlik fiziki fəallıq, qidalanma və sosial mühit kimi bir-biri ilə əlaqəli xüsusiyyətlərlə bağlı ola biləcəyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri