19 yaşlı futbolçu Barselonada xoşbəxt olmayıb: “Çox təzyiqlər var” İdman və Biz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vitor Roke "Barselona"da yaşadığı çətin dövrdən danışıb.
İdman.biz xəbər verir ki, 19 yaşlı forvard ötən qış "Atletiko Paranaense"dən katalon klubuna keçib.
O, "Barsa"nın heyətində La Liqada 14 matçda iştirak edib və 2 qol vurub. Bu yay Vitor icarə əsasında "Betis"ə keçib.
Roke "Barselona"da keçirdiyi günləri acınacaqlı anlar kimi xarakterizə edib: "Barselona"da yaşadıqlarım həyatımda ən çətin dövr oldu. Amma şükürlər olsun ki, ailəm yanımda idi. Xoşbəxt deyilsinizsə və özünüzə inamınız yoxdursa, işlər pis gedəcək. Anama deyirdim ki, bütün bunlar mənə lazım deyil, xoşbəxt olmaq lazımdır və ən əsası budur. Ancaq bəzən belə çətinliklərdən keçməlisən ki, onlara qalib gəlməyi öyrənmək, bunun asan proses olmadığını başa düşmək və davam etmək lazımdır".
Bəs gənc futbolçu təslim olmaq barədə düşünümbü? "Betis"in hücumçusu bu barədə də danışıb: "Bəli. Heç kim narahat etməsin deyə Braziliyaya fermaya getmək istədiyimi düşünürdüm, çünki bəzən çox çətin olur. Çox təzyiqlər var. Amma məsələ irəli getmək, mənəvi gücə sahib olmaq, böyük təvazökarlıqla işləməyə davam etməkdir, onda hər şey yaxşı olacaq. Yavaş-yavaş tam xoşbəxtliyi və özünə inamı bərpa edirəm”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















