Icma.az
close
up
RU
Bəzi heyvanlar gəncləşirlər Sensasion açıqlama

Bəzi heyvanlar gəncləşirlər Sensasion açıqlama

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi heyvan növlərinin gəncləşmək qabiliyyətinə malik olduğu üzə çıxıb. Bu canlılar arasında arılar, tarakanlar və meduzalar yer alırlar. Onlar stres altında inkişafın daha gənc mərhələsinə qayıda bilirlər.

Lent.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu və qocalma ilə bağlı yeni nəzəriyyənin müəllifi Pyotr Lidski bildirib.

Alimin sözlərinə görə, meduzalar stres zamanı inkişafın əvvəlki mərhələsi olan polip formasına qayıtmağa başlayırlar. Maraqlıdır ki, əlverişli şəraitdə bu canlılar həyatlarını itirirlər, lakin əlverişsiz mühitdə gəncləşmə prosesi aktivləşir. Oxşar hal meduzalara bənzər canlılar olan taraklılarda da müşahidə olunur. Onlarda da geriyə inkişaf şəklində gəncləşmə baş verir. Bu proses arılar üzərində aparılan tədqiqatlar zamanı da qeydə alınıb.

Bildirilir ki, arı dünyaya gəldikdən sonra ilkin mərhələdə dayə funksiyasını yerinə yetirir - yumurtalara və sürfələrə qulluq edir, pətəyi təmizləyir. Daha sonra isə yem toplayan arıya - yığıcıya çevrilir. Yığıcı arı pətəkdən kənara uçaraq qida toplayır və bu mərhələdə bir neçə həftə yaşayır, bundan sonra isə ölür.

Pyotr Lidskinin sözlərinə görə, dayəlikdən yığıcılığa keçid zamanı arının sağlamlıq vəziyyətində kəskin pisləşmə müşahidə olunur. Bu zaman transkriptom dəyişir, zülalların səviyyəsi azalır, çoxlu sayda immun hüceyrəsi - hemositlər məhv olur. Bu proseslər qocalmanı xatırladır. Lakin pətəkdə fövqəladə vəziyyət yaranarsa, məsələn, bütün dayə arılar tələf olarsa, yığıcı arıların bir hissəsi yenidən pətəyə qayıdaraq onların funksiyalarını yerinə yetirməyə başlayır. Məhz bu zaman arılarda gəncləşmə prosesi baş verir - zülal ehtiyatları artır, yeni immun hüceyrələri formalaşır və onların ömür müddəti uzanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 Fevral 2026 06:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see422

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see292

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see268

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see213

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see209

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see208

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see196

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see190

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see188

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see177

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri