Icma.az
close
up
RU
1918 ci ilin qanlı Mart soyqırımı

1918 ci ilin qanlı Mart soyqırımı

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
V Yazı
Mart Soyqırımı 30 mart-2 aprel 1918-ci il
Amazaspın və köməkçisi Nikolayın Quba soyqırımı

Bundan başqa öldürülmüşdü. Molla Şahbaz,oğlu ilə birlikdə usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmmədəli oğlu, Səibə Səfərəli, Məşədi Talıb oğlu və başqaları.Bundan başqa təhqiramiz hadisələr olurdu. Məsələn Amazaspın əsgərləri hörmətli ağsaqqallara müsəlman qadınlarını onların yanına gətirmələrini əmr edirdilər.Bu cür əmrləri yerinə yetirməkdən imtina etdiklərinə görə Əlipaşa Kərbəlayı Məhərrəm oğlu öz oğlu ilə birlikdə öldürülmüşdü. Oğulu atasının gözləri qabağında süngü ilə deşik-deşik edərək,ğözlərini çıxarmış, üzünü və qarnını cırmışdılar. Ümumiyyətlə iki min nəfərə yaxın kişi, qadın və uşaq öldürülmüşdü. Ermənilər adları qohumları tərəfindən gizli saxlanılan yüz nəfərə qədər qadın və qız zorlamışdılar. Müsəlmanların əmlakı oğurlanırdı. İctimai xadimlərin hesablamalarına görə Amazaspın dəstəsi Quba şəhərindən dörd milyon nəğd pul,dörd milyon yarımlıq qızıl və qızıl əşyaları və daş-qaş, 25 milyon manatlıq ərzaq və digər məhsullar qarət etmişdi.Bundan başqa, Quba şəhərində yüz beş ev, müxtəlif tikililər yandırılmışdı. Evlər İbrahim bəy Şıxlarskiyə, Məşədi Əli Hüseynova, Orucəli Əhmədova, Bəkir Mehrəliyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Qafar Orucova, Əli bəy Zizikskiyə, Rəcəb Orucova və başqalarına məxsus idi. Müsəlman idarələri yerləşən binalar da yandırılmışdı.Yanğınlar nəticəsində evlərin və idarələrin sahiblərinə yüz milyon manatlıq zərər dəymişdi. Amazaspın dəstəsi Qubaya gələrkən dəmir yolunun hər iki tərəfindəki müsəlman kəndlərinə də hücumlar edir, evləri yandırır, dağıdır, əmlakını oğurlayır, qaçmağa macal tapmayan sakinləri qəddarcasına öldürürdü.
Bəzi kəndlərin əhalisi ermənilərin qarşısıına ağ bayraqla çıxırdı...Ermənilər onlarla heç bir danışıq aparmır, hamısını öldürür, kəndləri yandırırdılar. Məsələn,belə bir hadisə Əlixanlıda da olmuşdu. Amazaspsın və Nikolayın əsgərləri yanlarına danışığa gəlmiş starşina Mirzə Məmməd Dadaş oğlu və Gülhüseyn Məhərrəm oğlunu öldürmüşdülər. Dəvəçibazar və Qızılburun kəndlərindən 15 nəfəri ağsaqqalın gətirdiyi duz-çörəyə əhəmiyyət verməyərək Amazaspın dəstəsi onları qətlə yetirmişdi. Amazasp və onun dəstəsi müsəlmanların dini hisslərinə də təcavüz edirdilər: onlar tərəfindən çoxlu məscid və Quran yandırılmışdı.Aydınlaşdırıldığına görə,bolşevik –daşnak quldur dəstəsi Quba qəzasında 122 müsəlman kəndini yandırıb və dağıdıb.Bu kəndlər dağıdılarkən 60 nəfər kişi, qadın və uşaq öldürülmüşdü.53 kişi yaralanmışdı. Evlərin, ictimai binaların, müxtəlif tikililərin dağdılması və yandırılması, mal-heyvanın oğurlanması ilə məşqul olan quldur dəstəsi adları çəkilən kəndlərin sakinlərinə 58121059 manatlıq zərər vurmuşdu. Gelovaninin də ifadələrindən göründüyü kimi, Amazaspın dəstəsi Qubaya Şaumyan tərəfindən cəza məqsədilə göndərilibmiş. O vaxtkı hərbi komissar Karqanovun yaratdığı və üzvlərinin sayı təxminən iki min nəfər olan bu dəstə demək olar ki, bütünlüklə “daşnaksütyun” və “bolşevik” ünsürlərdən ibarət idi. Dəstənin rəhbəri daşnaksütyun Amazasp, komissarları isə bolşevik Nikolay və bolşevik Venunts adlı bir nəfər təyin edilibmiş.”Cəza dəstəsi” adlandırılan bu bu quldur yığınağı heç bir siyasi məqsədə xidmət etmirmiş.Bu faktı qubalılar qarşısında çıxış edərkən Amazsp özü də dəfələrlə təsdiqləmişdi: ”Mən “cəza dəstəsilə” bura (Quba şəhərinə) ona görə göndərilmişəm ki, iki həftə əvvəl öldürülmüş ermənilərin qisasını alım. Mən bura Sovet hakimiyyəti qurmağa,ya da qayda-qanun yaratmağa gəlməmişəm.Mənə bolşeviklər tərəfindən əmr edilmişdi ki, dənizin (Xəzər dənizi) sahillərindən Şah dağa qədər müsəlmanları məhv, evlərini yerlə yeksan edim.Biz... Ancaq mənim sizə rəhmim gəldi və əmrin icrasını dayandırdım”.
“Cəza dəstəsin”ndə Amazasp köməkçisi Nikolay, Venunts və digər quldurlardan başqa Quba şəhərinin bir çox keçmiş erməni sakinləri də vardı. Onlar da soyqırımın törədilməsində iştirak etmişdi.Həmin şəxslər bunlardır: Arutyun Ayrapetov, dəllək Cavad (milliyyəti erməni), Arutyunov,Əmircanovun qohmları və özü, dükançı Məlikov,Vartan, Qriqorinin Qubada evi olan oğlu Mirzəcanın nəvəsi Arutyun, dəyirman sahibi Vartan oğlu Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyants, Tatevos Yaqub oğlu, Babacan oğulları ilə və Arutyun Karapet iki oğlu və qohumları ilə.Bu quldurlar aşağıda adları çəkilən zərərində Quba sakinlərini talamışdılar: şəhər başçısı Əlibəyov, Hacı İsmayıl Orucov, Hacı Hidayət Musayev, Məşədi İbad Bağırov, Məmmədmusa Məmmədəli oğlu, Kərbəlayı Abuzər Məstan oğlu, Məşədi Hüseynqulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusif xan, Hacı Əhməd Əlimurad oğlu və Molla Hacıbaba Axundzadə.
Yuxarıda təsvir edilənlər adları çəkilmiş zərər görənlərdən başqa bu sakinlər də zərər çəkənlər kimi də təsdiq edilib: Məmmədəli Kərbəlayı, İrzaqulu oğlu, Məşədi Hüseynqulu Sultanov, Məşədi Sultan Əsgərov, Məşədi Hacıağa Kərbəlayı Əhməd oğlu, Mirələkbər Mirməmməd oğlu, Durna Məşədi Talıb qızı, Kərbəlayı Paşa Turab oğlu, İsmayıl Kərbəlayı Məmmədtağı oğlu, Zəhra Yusif qızı, Molla Şıxhüseyn Axundzadə, starşinalar-Dəvəçikənddən Şaban Sərdar oğlu, Sədandan Dadaş Musa oğlu, Əlixanlıdan Nəcməddin İsmayıl oğlu, Siyəzəndən- Baləmi Zülfüqar oğlu,Boyatdan-Dilal Məşədi Məmmədbağır oğlu, Ceydən-İsrafil Məmməd oğlu, Qaraqurtlu kəndindən-Şeyda Şıxəli oğlu, Nərəcandan-Xamməd Barat oğlu, Aşağı Buduqdan-Məstan Nəsir oğlu, Avarandan- Hacı Şeyda Nəzər oğlu, Nükədidən-Rüstəm Fileydan oğlu, Mahucdan-Rza Səfərəli oğlu, Amsardan-Hacıyev Mustafa oğlu, Qiblə Qrız kəndinin mollası Molla Sreyfəddin Hidayət oğlu, Seyidlər kəndinin sakini Hacı Səid Abdulxaliq Hacı Səid oğlu, Şollar kəndinin sakini Rəsul Xamməd oğlu, mülkədar Həsən bəy Şıxlinski, Süsay kəndinin sakini Ulubəy Xeyirbəy oğlu, Nərəcan kəndinin sakini İbrahim Zahidov, Mahuc kəndinin sakinləri Murad Rəsul oğlu və Fətulla Cəfər oğlu, Digah kəndinin sakini Ömər Şıxkərim oğlu, Alpan kəndindən mülkədar Bəybala bəy Qayıbov.
1918-ci ilin mart ayında bolşevik və daşnak silahlı dəstələri Quba qəzasına soxulduqda Quba ictimaiyyətinin üzvləri özünü müdafiə dəstələri yaratmışdılar.Bu özünü müdafə dəstələrinə Quba ictimaiyyyətinin və İttihad partiyasının üzvləri olan Qarabəy Qarabəyov, Həmdulla Əfəndizadə, Əhməd bəy Tirinc, Mehdi Ağayev, Əlibəy Zizinski, Səttar Əfəndiyev, Möhbəli Əfəndi,Çagaralı Hətəm Ağa,Əli Abbas bəy Əlibəyov.Şıxlar bəylərindən-Mürsəl bəy və İbrahim bəy, Bəybala bəy Alpanlı və başqaları rəhbərlik edirdilər.Bu şəxslərdən Xanbala bəyin,Hətəm Ağanın,Əbdürrəhim Əfəndinin,Əli bəyin xüsusi səyləri nəticəsində qadınlar və uşaqlar Tülkəran,Alıçərməki,Dərk,Qrız, Urva, Gedəzeyxur,Hill-Həzrə,Çağar kəndlərinə köçürülmüşdü.Bütün görülən tədbirlərə baxmayaraq Azərbaycan türklərini soyqırımdan xilas etmək mümkün olmamışdı.
Adı çəkilən “cəza dəstəsi”nin vəhşiliklərinə sübut kimi Quba şəhərini yoxlama-baxış protokolu, zərəridə kənd və icmaların tərtib etdikləri aktlarda məhkəmə işinə əlavə olunmuşdu.
Yuxarıda deyilənləri əsas götürərək Amazaspın “Cəza dəstəsi” tərəfindən Quba şəhəri və Quba qəzasının 122 kəndinin tar-mar edilməsi əlaqədar Amazasp Srvandzyan onun köməkçisi Nikolay, komissar Venunts, eləcə də Arutyun Ayrepetov, dəllək Cavad, Avakovlar, Əmircanovlar və başqaları barəsində Qanunnamənin 13, 129, 927, 1633, 1634, 1453 və 1607-ci maddələri ilə cinayət işi qaldırılmasını təklif edirəm.
Keçmiş komissarlar Şaumyan və Karqanovun ölümləri nəzərə alınaraq onlar haqqında cinayət işi qaldırılmasın.
Komissiyanın üzvü: Məhkəmə tədqiqatçısı A.Novatski
Quba soyqırımı zamanı qeyd olunub ki,həmin dövrdə təkcə Quba qəzasında 16 782 nəfər öldürülüb,122 kənd yerlə yeksan edilib.Quba şəhərində 259 ev yandırılıb,1800 nəfər azyaşlı soyqırımın qurbanı olub.
Qırğınlar
Bakıda mart hadisəsini törədən və şərqi Azərbaycanı tamamilə dəmir və atəşdən keçirən bolşevik və daşnaklar qərbdə də sakit oturmadılar. Bakıdakı bolşevizm hərəkatı Rusiya bolşevizminin bir qolu idi.Bakıda öz sıralarında əsas etibarı ilə o, rus fəhlələrini, qulluqçularını, əsgərləri və dənizçiləri, habelə gürcü və erməniləri birləşdirirdi.
Oktyabr inqilabına qədər bu hərəkatın elə bir əhəmiyyəti yox idi,lakin Lenin və onun silahdaşları Rusiya paytaxtının ağası olduqdan sonra Bakı bolşevikləri də onların timsalında özlərinə arxa tapdılar.Onlar hamını, xüsusən də ordudan qayıtmış əsgərləri öz işlərinə cəlb etməyə çalışırdılar. Bu rus ordusunda tam nizamsızlıq və anarxiya başladığı dövrə təsadüf edir.Tiflis və Bakının bolşevik təşkilatları Qafqaz və İran cəbhəsindən qayıdan əsgər kütlələrindən öz sıralarını doldurmaq üçün istifadə edirdilər.Onlar silahları ələ keçirir,yerli sakinləri soyub-talayır,gücləri çatan hər şeyi daşıyıb aparırdılar.Beləliklə,qısa müddət ərzində Bakı bolşevikləri çoxlu silah,patron,pulemyot,zirehli maşın,minik maşını,təyyarə,hərbi gəmi ələ keçirdilər.O zamanlar Rusiyada olduğu kimi,Zaqafqaziyada da tam özbaşınalıq hökm sürürdü.Cəbhədən dönən əsgərlər heç bir hakimiyyət tanımır,bolşevik təbliğatı üçün işləyirdilər.
İrəvan vilayətinin bütün kəndləri Andronik,Dro və sair sərkərdələr tərəfindən yer ilə yeksan və əhalisi məhv edildi. Bu qırğından qurtulanların hamısı Gəncə quberniyasına (1918-ci ilədək Yelizavetpol quberniyası) köç etdilər. İrəvan hadisəsi seymin 5, 7, 19, 20 fevral iclaslarında böyük gurultulara səbəb olmaqla İrəvana heyətlər göndərildi. Bu heyət təhqiqat apararaq qayıtdı və İrəvan vilayətində 211 kəndin məhv və 100 minə qədər əhalisinin məhv edildiyini isbat etdilər. Seym tərəfindən mühacirlər üçün 15 milyon manat yardım təyin edildi isə də, 3 milyonu verildi və biçarələrin ehtiyacları tamamilə dəf edilmədi. Beləcə, İrəvan vilayətində 100 minə qədər müsəlman və türklərin məhv edilməsinə səbəb olan soyqırım baş verdi.
Seymin gücsüzlüyü
Zaqafqaziya Seymi yeni dövlət-ölkənin inzibati idarə olunması işində Azərbaycan türklərinə qarşı soyqırımı durdurmaq işində özünü doğrulda bilmədi. Zaqafqaziyanın bütün hadisələrində mənafelərin və vətəndaşların hüquqlarının müdafiə edilməsi vəzifəsinin öhdəsindən gələ bilmədi. Seymin nümayəndələri milli maraqları və siyasi partiyaları regionun ümumi mənafeyinə tabe etdirməkdə bacarıqsız və səlahiyyətsiz olduqlarını göstərdilər. Bu da, seymin özü də daxil olmaqla seymə olan inamı sarsıtdı.
Azərbaycan türkləri öz etiraz səslərini daha ucadan bildirdilər,çünki seymin təşkili ilə onların başına gətirilən soyqırımlar və müsibətlər bir-birini tamamlayırdı. İrəvan vilayətinin bəzi hissələrində yaşayan Azərbaycan türkləri erməni ordusunun girovuna çevrilmişdilər. Ordu müsəlmanlar yaşayan bütöv bir ərazidə adamları kütləvi surətdə qırır, qocalara, qadınlara, uşaqlara beləcə amansızcasına divan tutur,yüzlərlə Azərbaycan kəndlərini yandırıb yerlə yeksan edirdi.
Seymin Azərbaycan türklərindən olan deputatları bolşevik və daşnak soyqırımına qarşı etiraz səslərinin qulaq ardına vurulduğunu görərək bu vəhşiliklərin qarşısını almaq üçün heç bir ciddi təşəbbüs göstərə bilmirdi. Bolşeviklərin Bakını işğal etdiyi və böyük bir ərazini öz əllərində saxladıqları bir şəraitdə Seym nümayəndələrinin mövqeyi regiondakı ümumi vəziyyətlə bir araya sığışmırdı.
Seymin Azərbaycan türklərindən olan deputatları Bakının və onun rayonlarına kömək üçün əllərindən gələni etdilər, lakin hökumət üzvlərinin əksəriyyəti ya özlərini eşitməməzliyə vurur, ya da təmtaraqlı çıxışlarla kifayətlənirdilər.
Əlbəttə, hökumətin zəifliyi onun bunu istəyib-istəməməsindən asılı olmayaraq Zaqafqaziya Demokratik Federativ Respublkasının mövcudluğunu qeyri-mümkün etdi. Respublika hüdudlarından kənarda baş verən gözlənilməz hadisələr də burada öz rolunu oynadı. Beləliklə, Zaqafqaziya Demokratik Federativ Respublikası parçalandı.Gürcüstan federasiyanın tərkibindən birinci çıxdı və 1918-ci il mayın 26-da Gürcüstan Respublikası yaratdı. Bundan sonra Zaqafqaziya sərhədləri daxilində may ayının 28-də Azərbaycan və Ermənistan Respublikaları təşəkkül tapdı.
Son

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 May 2026 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see304

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see259

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see250

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see247

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see235

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see234

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see226

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see224

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see218

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see212

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see208

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see207

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see206

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see200

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see195

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see195

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see192

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see179

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see178

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri