Icma.az
close
up
RU
1992 ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... Səfir

1992 ci ildə Heydər Əliyevin İrana səfəri zamanı... Səfir

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda İran və Azərbaycan arasında dörd sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar Astara, Biləsuvar, Culfa və Şahtaxtı-Poldəşt istiqamətindəki sərhəd-keçid məntəqələridir.

Axar.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsində Naxçıvanda səfərdə olan İran səfiri Müctəba Dəmirçilu deyib.

Diplomat bildirib ki, qarşıdakı aylarda Ağbənd-Kəlalə regionunda yeni keçid məntəqəsi açılacaq.

Səfir bu günlərdə həm Azərbaycan, həm də İran tərəfindən Ağbənd-Kəlalə avtomobil körpüsünə baxış keçirdiyini diqqətə çatdırıb:

“İşlər çox yaxşı gedir, dekabrın sonuna kimi körpünün tikintisi bitəcək. Eyni zamanda, keçid məntəqəsi üzrə bəzi qurumların hazırlıq işləri davam edir. Bu isə o deməkdir ki, Azərbaycan və İran arasında iqtisadi əlaqələri daha da genişləndirmək üçün yeni imkanlar yaranacaq. Bildiyiniz kimi, son 30 il ərzində Naxçıvan Muxtar Respublikası İran ərazisindən istifadə etməklə Azərbaycanın digər bölgələri ilə sərbəst və rahat şəkildə əlaqə saxlayıb”.

O qeyd edib ki, yeni avtomobil körpünün istifadəyə verilməsi ilə Naxçıvanın Azərbaycanın əsas hissəsinə çıxışı daha qısa və az vaxtla mümkün olacaq:

“Bundan başqa, həmin istiqamətdə başqa infrastruktur və quruculuq işləri də aparılır. Yol bəzi yerlərdə dağlıq ərazilərdən keçdiyi üçün xüsusilə qış aylarında çətinliklər olurdu. Buna görə də yeni tunellər tikilir və mən həmin tunellərə də baxdım. İşlər çox yaxşı irəliləyir, bəzi hissələrdə yol genişləndirilir. Ümumilikdə, vəziyyət çox yaxşıdır və bu işlər iqtisadi əlaqələrin daha da inkişafına səbəb olacaq, həmçinin Naxçıvanın Azərbaycanın digər hissələri ilə əlaqəsini asanlaşdıracaq”.

Səfir onu da qeyd edib ki, Naxçıvanın ikitərəfli əlaqələrdə çox mühüm rolu var:

“Xatırlayıram ki, 1992-ci ildə Azərbaycan Respublikasının Ümummilli Liderinin Heydər Əliyevin İrana səfəri çərçivəsində çox böyük razılaşmalar əldə olundu. Həmin razılaşmalar əsasında Naxçıvan–İran, eləcə də ümumilikdə İran–Azərbaycan əlaqələri inkişaf edib. İndi Naxçıvan elə bir vəziyyətdədir ki, həm iqtisadi, həm də digər sahələrdə böyük inkişaf əldə olunub. Eyni zamanda, Azərbaycanın Qələbəsi və işğal olunmuş torpaqların azad edilməsi yeni imkanlar yaradıb. Bu sülh, əmin-amanlıq bizə geniş imkanlar yaradır”.

Müctəba Dəmirçilu əlavə edib ki, bütün region bu yeni vəziyyətdən bəhrələnir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri