Icma.az
close
up
RU
Səfir: Heydər Əliyevin tarixi missiyası qələbəmizin təməlini qoyması idi

Səfir: Heydər Əliyevin tarixi missiyası qələbəmizin təməlini qoyması idi

Report.az saytına istinadən Icma.az xəbər verir.

Moskvada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş xatirə gecəsi keçirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi tədbirdə Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Moskvada akkreditə olunmuş xarici ölkə səfirliklərinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Gecənin qonaqları Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif mərhələlərinə və çoxşaxəli fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev qeyd edib ki, Azərbaycan dövlətçiliyinin dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır: "Uca Allah Heydər Əliyevə parlaq hadisələr, qələbələr və nailiyyətlərlə dolu uzun siyasi ömür bəxş edib".

Diplomat Heydər Əliyevin Azərbaycan SSR-in rəhbəri vəzifəsindəki uğurlarından danışıb və bu illəri respublikanın çiçəklənmə dövrü kimi xarakterizə edib.

R.Mustafayev vurğulayıb ki, bu uğurlar Heydər Əliyevin Moskvaya dəvət olunmasında və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsində, ölkənin sosial, iqtisadi və ideoloji həyatının ən ciddi istiqamətlərinə rəhbərlik etməsində mühüm rol oynayıb: "Heydər Əliyevin Moskva beşilliyi, orada işlədiyi illər parlaq, nailiyyətlərlə dolu idi".

Səfir xatırladıb ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışı ölkə tarixinin ən çətin və məsuliyyətli dövrünə təsadüf edib.

"Ölkəmiz müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Heydər Əliyev qısa müddətdə vəziyyəti bərpa edə, iqtisadiyyatı, sosial sahəni sabitləşdirə bildi. Heydər Əliyev işğaldan azad edilmiş Qarabağı görmədi. Lakin onun tarixi missiyası qələbəmizin təməlini qoyması idi. Ölkənin hazırkı Prezidenti İlham Əliyev bu təməl üzərində də qələbə strategiyasını yaratdı və onu uğurla həyata keçirdi", - diplomat vurğulayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri