Icma.az
close
up
RU
1995ci il noyabrın 12də ilk Konstitusiyamızın qəbul olunması ilə Azərbaycan öz tarixi inkişafının yeni mərhələsinə başlayıb

1995ci il noyabrın 12də ilk Konstitusiyamızın qəbul olunması ilə Azərbaycan öz tarixi inkişafının yeni mərhələsinə başlayıb

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ən mütərəqqi konstitusiyaya sahib olan Azərbaycan, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edəcək və daha böyük uğurlara imza atacaq
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır.
Müstəqil Azərbaycanın ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
Bu gün əminliklə deyə bilərik ki, 1995-ci il noyabrın 12-də ilk Konstitusiyamızın qəbul olunması ilə Azərbaycan öz tarixi inkişafının yeni mərhələsinə başlayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul olunub.
Yeni Konstitusiyanın qəbulu ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin qanunvericilik bazasını yaradıb və hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirib. Konstitusiyamızın ən mütərəqqi özəlliklərindən biri də Konstitusiyanın 48 maddəsinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilməsidir.
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları istiqamətində müvafiq təminatları təmin edən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini yaradan Azərbaycan Respublikasının Konstitusiyasında ən mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqları ehtiva edir.
Dəyişilən sosial-siyasi reallıqlar səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Belə ki, 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavə və dəyişikliklər edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ana qanunumuz haqqında belə deyib: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”
Bu gün əminliklə deyə bilərik ki, ən mütərəqqi konstitusiyaya sahib olan Azərbaycan, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edəcək və daha böyük uğurlara imza atacaqdır.
Mahir Süleymanlı, Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Noyabr 2024 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see130

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see130

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see125

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see123

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see118

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see117

Zinəddin Zidan Fənərbağça nın təklifini dinləmək qərarına gəldi İDDİA

06 Sentyabr 2025 12:18see117

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see115

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see115

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri