Azərbaycan üçün MÜHÜM GÜN Noyabrın 12də...
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsi irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı işdə Azərbaycanın qaldırdığı ilkin etirazlara dair qərarını verəcək.
News24.az xəbər verir ki, bu barədə Haaqa Məhkəməsinin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:00-da açıq iclas keçiriləcək, iclasda hakim qərarı oxuyacaq.
Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanı pozduğu iddiası ilə Azərbaycana qarşı iş başladıb.
21 aprel 2023-cü il tarixində Azərbaycan Məhkəmənin yurisdiksiyasına dair ilkin etirazlarını təqdim edib və reqlamentə uyğun olaraq bu etirazlarla bağlı qərar çıxarılana qədər proses dayandırılıb.
\\Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 06 Noyabr 2024 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















