1ci siniflərin yerdəyişmə prosesinə start verilir
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir.
Mia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
25 noyabr 2024-cü il saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif şagirdlərinin yerdəyişməsi prosesi aktiv ediləcək. Proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər 01 dekabr 2024-cü il tarixinə qədər müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə 01 noyabr 2024-cü il tarixindən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.
Baxış sayı:113
Bu xəbər 23 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















