“Qarabağ”ın sabiq futbolçusu “Zirə”yə keçə bilər
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Kabo verdeli yarımmüdafiəçi Patrik Andrade qışda “Araz-Naxçıvan”dan ayrıla bilər.
Futbolpress.az-ın məlumatına görə, 33 yaşlı futbolçu “Zirə”nin diqqət mərkəzindədir.
Qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov qış transfer dönəmində heyəti genişləndirmək arzusundadır. Həm kubokda, həm liqada iddialılardan olmaq istəyən “qartallar”da əsas diqqət orta xəttin gücləndirilməsinə yönələcək.
Bu mövqeyə əsas namizədlərdən biri Andradedir. Həm mərkəzdə, həm də cinahlarda oynamağı bacaran yarımmüdafiəçi Sadıqovun istədiyi oyunçu profilinə sahibdir.
Patrik də yaxşı təklif olacağı halda, “Araz-Naxçıvan”dan ayrılmağa müsbət yanaşır. O, yuxarı pillərlər uğrunda oynayan klubda çıxış etmək arzusundadır.
Futbolçu daha əvvəl 2020-2022-ci illərdə “Qarabağ”da forma geyinib. 2022-ci ilin yayında Serbiyanın “Partizan” klubuna keçən Andrade burada bir il oynadıqdan sonra yenidən Azərbaycana qayıdıb. Sabiq klubu “Qarabağ”la anlaşan Patrik 2025-ci ilin iyulundan da “Araz-Naxçıvan”dadır.
Şahin Cəfərov
Baxış sayı:88
Bu xəbər 06 Noyabr 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















