Icma.az
close
up
RU
“2” alan müəllimlərin könlünü almağa çalışırlar

“2” alan müəllimlərin könlünü almağa çalışırlar

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazirlik kəsilən müllmiləri təlimlərdə iştiraka dəvət edir


“Musiqi məktəblərində də müəllimlərin attestasiyası, düşünürəm ki, inkişafa xidmət edir. Uzun illər bu sahədə mərkəzi qiymətlədirmə olmadığına görə orta sistemdə müəyyən axsamalar olmuşdu”



Mədəniyyət nazirliyi imtahandan kəsilən və narazı qalan müəllimlərin könlünü  almağa çalışır. “2” alan müəllimlər təkrar işə qəbul ediləcək, edilməyəcək, hələ bilinmir. Mədəniyyət Nazirliyinin yaydığı məlumatdan anlaşılan budur ki, nazirlik kəsilən müllmiləri təlimlərdə iştiraka dəvət edir. Sonrası, Allah kərim!.. 

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində musiqi və incəsənət sahəsində təhsilin keyfiyyətinin artırılması və müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə müəllimlərin attestasiya prosesi həyata keçirilir. Attestasiya müvafiq normativ-hüquqi sənədlərə və mövcud qanunvericiliyin tələblərinə əsasən təşkil olunub və ilkin mərhələdə Bakı və Abşeron-Xızı regionlarını əhatə edib. Bu mərhələdə ümumilikdə 47 musiqi və incəsənət məktəbində çalışan 1 759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimi attestasiyaya cəlb edilib. "Qiymətləndirmə attestasiya komissiyaları tərəfindən aparılıb və müəllimlərin bilik, bacarıq və metodiki hazırlıq səviyyəsi müxtəlif meyarlar üzrə dəyərləndirilib. Attestasiyadan 1200 nəfərə yaxın müəllim uğurla keçib, onlardan 650 nəfəri bütün komissiya üzvləri tərəfindən müsbət qiymətləndirilməklə ən yüksək, 309 nəfəri yüksək nəticə göstərib. Sevindirici haldır ki, son illərdə müsabiqə yolu ilə işə qəbul olan müəllimlər attestasiyadan uğurla keçiblər. Eləcə də bir sıra musiqi və incəsənət məktəblərinin müəllim heyəti attestasiya prosesini böyük uğurla başa vurub", - məlumatda deyilir. Həmçinin qeyd olunub ki, attestasiyanın nəticələri üzrə 492 nəfər müəllim tutduğu vəzifəyə uyğun hesab edilməyib, onlardan 112 nəfəri komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səsi ilə qiymətləndirilib: "Bu şəxslər üçün əlavə inkişaf imkanlarının yaradılması məqsədilə onların xüsusi təlim proqramına cəlb olunmaları nəzərdə tutulub. Mədəniyyət Nazirliyinin tapşırığı ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən həmin müəllimlər üçün attestasiya komissiyaları tərəfindən qeyd olunan təlim ehtiyaclarına uyğun olaraq fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə xüsusi inkişafyönümlü təlim proqramları hazırlanıb. Təlimlərin əsas məqsədi sözügedən müəllimlərin peşəkar bilik və bacarıqlarının yenilənməsi, metodiki hazırlıqlarının gücləndirilməsi və onların işə qəbul üzrə keçiriləcək imtahanda uğurlu nəticə göstərmələrinə dəstək olmaqdır. Təlimlər 2025-ci il may ayının 1-dən etibarən mərhələli şəkildə, əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq həyata keçiriləcək. İştirakçılar müvafiq tədris materialları və proqramla təmin ediləcəklər, dərslər təcrübəli pedaqoqlar və sahə üzrə ekspertlər tərəfindən keçiriləcək. Təlimlərin başlanması ilə bağlı iştirakçılara yaxın günlərdə bildirişlər göndəriləcək".

Bu məlumatda diqqəti cəlb edən müsabiqə yolu ilə imtahandan keçib işə qəbul olunanların daha üstün nəticələr göstərdiyinin qeyd olunmasıdır. Təəccüblü nə var ki bunda? Bəllidir ki, bu qisim müəllimlərin imtahan, müsabiqə, müsahibı təcrübəsi formalaşıb artıüq. Sual doğuransa budur: təlimlərdən sonra həmin müəllimlər təkrar işə qəbul oluncaqmı, yenidən imtahan verəcəklərmi? Və bir də, nəzərə alaq ki imtahandan kəsilmiş bu qədər müəllim illərlə musiqi məktəblərində şagirdlərə dərs deyib. Belə çıxır ki onların öyrətdiyi şagirdlər də çox zəifdirlər, musiqidən-filandan “başları çıxmır”. İndi necə olsun, həmin şagirdlər də yenidən tədrisə cəlb ediləcək, yoxsa əlavə təlimlərə? 


Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a açıqlamasında bildirdi ki, orta təhsil müəssisələrində müəllimlərin attestasiyası ilk vaxtlar müəyyən qədər narazılıq, narahatlıq yaratsa da, sonrakı dönəmlərdə bu imtahanın nəticələri müqabilində müəllimlərin əmək haqqındakı artımlar, eyni zamanda müəlimlərin öz  çatışmazlıqlarını görüb onları aradan qaldırmağa çalışmaları baxımından inkişafa gətirib çıxardı: 

Müəllimlərin uzun illər əvvəl oxuduqları ilə, təhsil aldıqları ilə, malik olduqları biliklərlə pedaqoji fəaliyətlə məşğul olmaları çətindir artıq. Nəsillər dəyişir. “Alfa”, “Z” nəsli müasir texnoloji bacarıqlar əldə edir. Onları  ənənəvi tədrislə qane etmək mümkün deyil artq. Bu qədər texnoloji inkişaf, informasiya bolluğu olduğu halda müəllimlər də özlərini inkişaf etdirməlidir. Müəllimin 30-40 il əvvəl aldığı bilik, savad  günümüzün reallığında  yetərli sayılmır. Musiqi məktəblərində də müəllimlərin attestasiyası, düşünürəm ki, inkişafa xidmət edir. Uzun illər bu sahədə mərkəzi qiymətlədirmə olmadığına görə orta sistemdə müəyyən axsamalar olmuşdu.  Əlbəttə, imtahandan kəsilənlər narazılıq edəcək, bu, başa düşüləndir. Baxmaq lazımdır, problem haradadır. Hansı bacarıqlarda əskiklik var. Və bu çatışmazlıqlar aradan qaldırılmalıdır. Attestasiyada məqsəd işdən çıxarmaq yox, təkmilləşdirmə, layiq olanların əmək haqqını artırma olmalıdır. İmtahanda zəif nəticə gösətərənlər arasından da təhsil sahəsinə faydalı ola biləcək şəxslər alternativ işlərə yönəldilməlidir. Bir müəllim 100 şagirdlə tədris proqramı aparır, əgər o, öz fənnini bilmisə, bundan təhsil alan zərər çəkir. Dövlət təhsil sahəsinə investisiya ayırır, yeni avadanlıqlar alınır, yeni məktəb binaları tiklir, belə olan halda təhsilin keyfiyyətli olması tələb edilir. Belə bir mühitdə cəmiyyətin də baxışı dəyişməlidir. Müəllimlər də öz vəzifələrini dərk etməlidirlər, özlərini bu istiqamətdə inkişaf etdirməlidirlər. İllər əvvəl alınan təhsil yetmir. Müxtəlif resurslar, vasitələr var. Müəllim öz üzərində işləməli, özünü inkişaf etdirməlidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri