Icma.az
close
up
RU
Tələbələr ali təhsili niyə Bakıda almağa çalışırlar... SƏBƏBLƏR

Tələbələr ali təhsili niyə Bakıda almağa çalışırlar... SƏBƏBLƏR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır və bu ərəfədə təhsil mühitində, eləcə də paytaxt ərazisində canlanma müşahidə olunur. Hər il olduğu kimi, bu il də on minlərlə tələbə təhsil almaq üçün Bakı şəhərinə üz tutur. Statistikalara nəzər saldıqda, əvvəlki illərlə müqayisədə təhsil almaq məqsədilə Bakıya üz tutan tələbələrin sayında artım müşahidə edilir.

Təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında qeyd edib ki, paytaxtda təhsil almaq istəyən tələbələrin sayı kifayət qədər çoxdur. Onun sözlərinə görə, cari ildə ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təxminən 60%-i və daha çoxu məhz Bakıda yerləşən universitetlərdə təhsil alacaqlar.

“Bu tendensiyanın səbəbləri arasında tələbələrin şəhər mühitində inkişaf etmək istəyi, eyni zamanda, reytinqli ali təhsil müəssisələrinin əsasən paytaxtda yerləşməsi dayanır.

Lakin bölgələrdən Bakıya təhsil almağa gələn tələbələrin əksəriyyəti bir sıra çətinliklərlə üzləşirlər. Bu çətinliklərin başında isə mənzil və yataqxana problemi dayanır. Eyni zamanda, tamamilə fərqli bir mühitə düşən tələbələr üçün adaptasiya prosesi də asan olmur. Onların yeni mühitə uyğunlaşması zaman tələb edir və bu da əlavə çətinliklər yaradır”.

Ekspert onu da diqqətə çatdırıb ki, tələbələrin sosial mühitdə özlərini inkişaf etdirmək istəyi, əlavə olaraq xarici dil və kompüter biliklərinə yiyələnmək arzusu, eləcə də prestijli ali təhsil müəssisələrində oxumaq məqsədləri onların paytaxta üz tutmasına səbəb olur.

Təhsil eksperti Ramin Nurəliyev deyib ki, əgər paytaxtda və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrini müqayisə etsək, təbii ki, Bakı şəhərində yerləşən universitetlərlə regiondakı universitetlər eyni müqayisə ediləcək səviyyədə deyil.

“Lakin regionda yerləşən ali təhsil müəssisələri arasında Qarabağ Universiteti xüsusi yer tutur. Bu universitet təkcə bir çox region universitetlərindən deyil, hətta Bakıda yerləşən bəzi ali təhsil müəssisələrindən daha yüksək reytinqə malikdir və nüfuzlu universitetlərlə rəqabət aparmaq gücünə sahibdir. Bu baxımdan, Qarabağ Universiteti doğrudan da əvəzolunmaz bir təhsil ocağıdır və dövlətin bu universitetə xüsusi diqqəti, eləcə də qayğısı vardır.

Məhz bu səbəbdən abituriyentlər region universitetləri arasında seçim edərkən, əsasən Qarabağ Universitetinə üstünlük verirlər. Bu isə digər region universitetlərində tədris səviyyəsinin zəif olduğu anlamına gəlmir. Əvvəlki illərlə müqayisədə region ali təhsil müəssisələrində də ciddi inkişaf müşahidə olunur – istər Gəncə, istər Lənkəran, istərsə də Mingəçevirdə”.

Təhsil ekspertinin sözlərinə görə, bununla belə, abituriyentlərin əksəriyyəti təhsil üçün Bakıdakı ali təhsil müəssisələrinə üz tutur.

“Burada əsas rol oynayan amillərdən biri universitetlərin prestijidir. Məsələn, bəzi ixtisaslar üzrə yüksək bal toplayan abituriyentlər region universitetlərini seçməkdə maraqlı olmurlar. Tutaq ki, 300-dən yuxarı bal toplamış bir abituriyent hüquq ixtisası üzrə təhsil almaq istəyirsə, bu sahə yalnız Qarabağ Universitetində tədris olunur. Tibb ixtisası da yalnız həmin universitetdə mövcuddur. Digər region universitetlərində isə bu ixtisaslar ümumiyyətlə yoxdur”.

O eyni zamanda söyləyib ki, bu, həm də universitetlərin nüfuz səviyyəsi ilə bağlıdır.

“Kompüter ixtisası üzrə yüksək bal toplayan abituriyentlər əsasən Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Gömrük Akademiyası və digər nüfuzlu ali məktəbləri seçirlər”.

Ramin Nurəliyev onu da nəzərə çatdırıb ki, belə universitetlər mövcud olduğu halda regionlara üstünlük verilməməsi təəccüblü deyil:

“Şəxsən mən ixtisas seçimi mərhələsində bunun dəfələrlə şahidi olmuşam – Bakıda yaşayan tələbələr region universitetlərinə getmək istəmirlər. Regionda yaşayan abituriyentlərin böyük əksəriyyəti də Bakıya üz tutur. Bu tendensiya ildən-ilə artır. Bakıdakı tələbələr əsasən paytaxtın nüfuzlu universitetlərini seçirlər, regiondakı dövlət ali məktəblərinə maraq isə nisbətən azdır.

Bu prosesdə valideynlərin mövqeyi də az rol oynamır. Bakı şəhərində yaşayan valideynlər, həm maddi, həm də mənəvi səbəblərdən övladlarını yanlarında saxlamağa çalışırlar. Onlar uşaqlarının nəzarətdə olmasını istəyir, eyni zamanda maddi baxımdan Bakıda oxumağın daha münasib olduğunu düşünürlər. Bu səbəbdən də bir çox valideyn övladının region universitetində deyil, Bakıda, hətta özəl ali məktəblərdə təhsil almasını üstün tutur.

Amma mən bu yanaşmanın tərəfdarı deyiləm. Şübhəsiz ki, özəl ali təhsil müəssisələri arasında da çox prestijli olanlar var – məsələn, Xəzər Universiteti kimi. Lakin adını çəkmək istəmədiyim bəzi özəl ali məktəblər də var ki, onların tədris səviyyəsi bəzi region dövlət universitetlərindən daha aşağıdır”.

Ekspert əlavə edib ki, region universitetləri – məsələn, Gəncə, Lənkəran və Mingəçevirdə yerləşənlər artıq inkişaf mərhələsindədir:

“Bu universitetlər beynəlxalq ikili diplom proqramlarına qoşulur, xarici ali məktəblərlə əməkdaşlıq edir və bu, tədris keyfiyyətinin artmasından xəbər verir.

Hesab edirəm ki, Bakıdakı valideynlər övladlarının region universitetlərində təhsil almasına mane olmamalıdırlar. Xüsusilə də 250-300 bal aralığında nəticə göstərən abituriyentlər üçün region dövlət universitetlərinə qəbul olunmaq real və əlverişli şansdır. Lakin bəzi valideynlər, bu nəticə ilə övladlarının Bakıda, aşağı səviyyəli özəl universitetdə oxumasını daha üstün sayırlar. Halbuki regionda yerləşən dövlət universitetində təhsil almaq həm keyfiyyət, həm də maliyyə baxımından daha uyğun ola bilər”.

Ekspertin fikrincə, eyni zamanda, maddi məsələlər də valideynlərin qərarlarına ciddi təsir edir:

“Onlar övladlarını Bakıda saxlamağı həm nəzarət baxımından, həm də gündəlik xərclər baxımından daha uyğun hesab edirlər. Bu isə Bakı universitetlərində sıxlığı artırır və region ali məktəblərinə marağın azalmasına səbəb olur.

Nə qədər ki, ADA və ya Azərbaycan Dövlət İqtisad Universiteti kimi prestijli universitetlər mövcuddur, 400-500 bal toplamış bir abituriyenti Gəncə və ya digər region universitetlərinə göndərmək valideynlər üçün cazibədar görünmür.

Lakin əgər regionlarda, xüsusilə də Bakıya yaxın ərazilərdə – məsələn, Quba və Şamaxıda – yeni və keyfiyyətli ali təhsil müəssisələri fəaliyyətə başlasa, bu, tələbə axınının tənzimlənməsinə müsbət təsir göstərə bilər. Çünki bəzi valideynlər övladlarını Gəncə və ya Lənkəran kimi daha uzaq şəhərlərə göndərmək istəmir, xüsusilə də qız övladlarını heç buraxmaq istəmirlər”.

“Təcrübəmdə elə hallar olub ki, valideyn açıq şəkildə bildirib: “Uşaq Gəncəyə getsə, pis yola düşər”,- deyə həmsöhbətimiz əlavə edib:  

“Bu səbəbdən də region universitetinə göndərməkdənsə, övladının Bakıda özəl universitetdə təhsil almasını üstün tutub. Hətta elə abituriyentlər olub ki, Gəncədə qəbul olunduqları ixtisasa portalda qeydiyyatdan keçməyiblər – səbəb isə valideynlərin narazılığı olub.

Məhz buna görə düşünürəm ki, Bakıya yaxın ərazilərdə – Quba, Şamaxı kimi regionlarda ali təhsil müəssisələri açılarsa, ya da burdakılar ora köçürülərsə, valideynlərin münasibəti də dəyişə bilər. Bu isə paralel olaraq, region universitetlərinə marağın artmasına da şərait yarada bilər”,- deyə R.Nurəliyev fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri