Tramp və Yaponiya Baş naziri Çinə qarşı nadir metal sazişi imzalayıb
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın Baş naziri Takaiçi və ABŞ prezidenti Tramp Çinin nadir torpaq metallarından asılılığı azaltmaq üçün saziş imzalayıblar.
AzPost bildirir ki, “Nyu-York Tayms” (NYT)-ın məlumatına görə, Tokioda Trampla Yaponiyanın yeni baş naziri arasında ilk görüş baş tutub. Bu vəzifəni tutan ilk qadın olan baş nazir Vaşinqtonla müttəfiq münasibətlərinin “yeni qızıl dövrünə” başlayacağına söz verib. Tramp öz növbəsində Takaiçi ölkənin müdafiəsini gücləndirmək əzminə görə “əsl lider” adlandırıb.
Görüşdən sonra tərəflər birgə təchizat zənciri və vacib minerallar və nadir torpaq elementləri ehtiyatları yaratmaq üçün çərçivə sazişi imzalayıblar. Bu sazişin əsas məqsədi hər iki ölkənin bu sənayedə dominantlıq edən Çindən idxaldan asılılığını azaltmaqdır.
Yaponiya artıq Çinin nadir torpaq elementləri idxalındakı payını on il əvvəlki göstərici olan 90%-dən 60%-ə endirməyə nail olub. Bu saziş Çinin bu metallara ixrac nəzarətini sərtləşdirməsindən qısa müddət sonra bağlanıb.
Bundan əlavə, Ağ Evin mətbuat katibi Takaiçinin Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətində olduğunu bildirib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 28 Oktyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















