2 nəfərin ölümünə səbəb sürücünün yuxulaması olub
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) iyunun 8-i Goranboyun Səmədabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuladığı ehtimal olunur.
Bildirilib ki, 73 yaşlı rayon sakini Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn 86 yaşlı həmyerlisi Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Nəticədə Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində ölüblər.
Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir, sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















