Icma.az
close
up
RU
2 yaşlı Nəzrinin ölümünə səbəb olan sınıqçının işində narazılıq Mənəvi zərərə görə 10 min ödəniləcək

2 yaşlı Nəzrinin ölümünə səbəb olan sınıqçının işində narazılıq Mənəvi zərərə görə 10 min ödəniləcək

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Biləsuvarın Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanovanın körpə uşağın ölümünə səbəb olması faktı ilə bağlı açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakupost.az xəbər verir ki, Nərgiz İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılıb. Ona qarşı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam ölümünə səbəb olma maddəsi ilə ittiham irəli sürülüb.

Nərgiz İmanova istintaq zamanı və məhkəmədə ifadə verəndə özünü təqsirli bilib. Lakin son sözündə özünü təqsirli bilməyərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Onun sözlərinə görə uşaq onun yanına iki dəfə gətirilib.

Birincidə masaj edib: “Nənəsi zəng elədi ki, uşaq yeriyə bilmir, ayağı ağrıyır. Yanıma gətirəndə baxdım ki, uşağın sol ayağı qısadır. Ailəsinə də dedim. Bir az masaj edəndən sonra apardılar. Ancaq sol tərəfini masaj etdim. Uşaq dayanmadan ağlayırdı. Uşağı aparandan sonra nənəsi yenə zəng edib uşağın ağrıdığını dedi. Mən də dedim ki, indi edəcəyim heç nə yoxdur. Səhər uşağı yenə gətirdilər. Həmin gün masaj eləmədim. Nənəsi uşağı yerə qoyanda 3 addım gedəndən sonra qucağına aldı. Uşaq ağlayanda küçəyə çıxdılar. Nənəsi qışqırdı ki, uşağın halı pisləşdi. Taksi ilə xəstəxanaya getdilər. Sonra öyrəndim ki, uşaq ölüb”.

Nərgiz İmanovanın sözlərindən məlum olub ki, orta təhsillidir, heç bir tibb müəssisəsində oxumayıb, ali və ya orta ixtisas tibb təhsili yoxdur. Sadəcə, kənddə sınıqçı kimi tanınıb.

Uşağın atası Emin Qubadlının ifadəsindən məlum olub ki, Nəzrinin ayağında problem ayağınıb burxulması ilə yaranıb.

“Hadisədən 2-3 gün əvvəl evdə ayağı burxulmuşdu. Həkimə apardıq, rentgen etdilər. Amma heçbir problem olmadığını, sınıq, çıxıq olmadığını dedilər. Evə gələndən sonra ağrıları artdı, axsamağa davam elədi. Düşündük ki, damar damarın üstünə çıxar. Ona görə də xalq təbabəti yolu ilə həll etmək üçün sınıqçı yanına apardıq. Dedi ki, uşağı sağaldacam. Əlləri ilə uşağın iki topuğunu tutub dartdı. Bədəninin müxtəlif yerlərini möhkəm masaj eləməyə başladı. Uşaq ağlayırdı. Dedi ki, damar genişlənir deyə uşaq ağlayır”.

Emin Qubadlı deyib ki, həmin gün evə qayıdandan sonra uşağı ümumiyyətlə yeriyə bilməyib və bütün gecəni ağlayıb: “Anam yenə zəng elədi. Dedi ki, sabah uşağı gətirin, sağaldacam. Səhər uşağı bir də apardıq. Mən çöldə gözlədim. Eyni qaydada yenə masaj elədi. Uşaq qışqırmağa davam edəndə həyətə keçdim. Uşağın dodaqları göyərmişdi. Şokda idi. Xəstəxanaya çatanda həkim dedi ki, uşaq dünyasını dəyişib. Qızımın ölümünə səbəb Nərgizdir. Onun uşağa verdiyi ağrılar şoka düşərək ölməsinə səbəb oldu”.

O, övladının ölümündə günahkar bildiyi qadına ağır cəza verilməsini istəyib.

Ekspertiza rəyinə görə Nəzrin Qubadlının aşağı ətraflarına və bədən səthinə göstərilən güclü təzyiqlər, dartmalar, burmalar, sıxmalar nəticəsində yaranmış ağrı şoku onun ölümünə səbəb olub.

Mərhumun ailəsi maddi ziyan olaraq Nərgiz İmanovadan 20 min manat, mənəvi ziyan olaraq isə 30 min manat tələb edib.

Məhkəməninin hökmü ilə Nərgiz İmanova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Məhkəmə mənəvi zərərə görə 10 min manatın Nərgiz İmanovadan tutularaq zərərçəkniş tərəfə ödənilməsi barədə də qərar çıxarıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Mart 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see166

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see151

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see141

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see136

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see133

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see129

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see123

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan olunmuş qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

28 Sentyabr 2025 12:04see123

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see121

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see121

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see119

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see116

Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq

28 Sentyabr 2025 08:42see116

Xabi Alonso “Atletiko” məğlubiyyətini şərh etdi: “Pis oyun idi”

27 Sentyabr 2025 23:33see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri