Icma.az
close
up
RU
20 il hərbi prokuror işləmiş, adı Tərtər hadisələri ndə keçən Xanlar Vəliyev kimdir DOSYE

20 il hərbi prokuror işləmiş, adı Tərtər hadisələri ndə keçən Xanlar Vəliyev kimdir DOSYE

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev bu gün rəsmi olaraq vəzifə səlahiyyətlərini başa vurub. Onun 2005-ci ildə başladığı və düz 20 il davam edən hərbi prokurorluq fəaliyyəti bu gün etibarilə sona çatıb.

Azərbaycan Konstitusiyasına görə, hərbi prokuror vəzifəsi beşillik müddətlə təyin olunur. Prezident Xanlar Vəliyevi bu müddət ərzində dəfələrlə yenidən təyin etsə də, budəfəki müddət başa çatdıqdan sonra onun vəzifəyə yenidən gətirilməsi həyata keçirilmədi.

Xanlar Vəliyevin uzun illik xidmətləri ölkə rəhbərliyi tərəfindən qiymətləndirilib. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə ona 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub. Ordeni Xanlar Vəliyevə Baş prokuror Kamran Əliyev təqdim edib.
Xanlar Vəliyevin tərcümeyi-halı – 45 illik hüquq karyerası

Xanlar Telman oğlu Vəliyev 1955-ci ildə anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən başlayaraq prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb: Gəncə şəhər prokurorluğunun baş müstəntiqi, şəhər prokurorunun köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində olub.

1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 2005-ci ilin 10 fevral tarixindən isə Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Bu vəzifədə 20 il fasiləsiz çalışaraq ölkənin hüquq sistemində ən uzun müddət vəzifədə qalan yüksək vəzifəli prokurorlardan biri hesab olunur.
Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.
“Tərtər işi”ndə adı keçən ən tanınmış fiqur

Musavat.com xatırladır ki, Xanlar Vəliyevin adı 2017-ci ildə baş verən və “Tərtər işi” kimi tanınan cinayət işi ilə bağlı ictimaiyyət qarşısında ən çox hallanan vəzifəli şəxslərdən biridir.

Həmin il onlarla hərbçi “dövlətə xəyanət” ittihamı ilə saxlanılmış, işgəncəyə məruz qalmış, onların arasında istintaq zamanı ölənlər də olmuşdu.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən artıq hərbi qulluqçu (əsgər, çavuş, gizir və zabit heyəti) işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası verilib və 13 nəfər işgəncə nəticəsində vəfat edib.

Vəliyev o vaxt ölkənin baş hərbi prokuroru kimi prosesə birbaşa nəzarət səlahiyyətinə malik idi. Hadisələr ictimailəşdikdən sonra hüquq-mühafizə orqanlarına qarşı ittihamlar səsləndirildi, ictimai rəyə görə, Xanlar Vəliyev bu ağır cinayətlərin qarşısını almaqda və hüquqi prosesə obyektiv nəzarət etməkdə ciddi şəkildə aciz qalıb.
Xanlar Vəliyev bundan sonra hansı işlə məşğul olacaq?

Məlumata görə, onun Konstitusiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərməsi gözlənilir.

Qeyd edək ki, Xanlar Vəliyev Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:451
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri