Icma.az
close
up
RU
Xəzər geri çəkildi, itmiş meşə üzə çıxdı Ekoloji fəlakətdən necə qurtulacağıq?

Xəzər geri çəkildi, itmiş meşə üzə çıxdı Ekoloji fəlakətdən necə qurtulacağıq?

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizinin son aylarda kəskin şəkildə geri çəkilməsi müşahidə olunur. Hətta Lənkəran sahillərində dəniz o qədər geri çəkilib ki, sahilboyu meşə qalıqları üzə çıxıb.

Bəs bu qədər ciddi geri çəkilmənin əsas səbəbləri hansılardır? Suyun azalması hansı ekoloji fəlakətlərə yol açacaq, hansı sahələrə zərbə vuracaq? Xəzərin yenidən əvvəlki səviyyəsinə qayıtması necə mümkün ola bilər?

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, son illər Xəzərdə su səviyyəsi xeyli aşağı düşüb:

"Bir neçə il əvvəl suyun altında olan qayalar artıq bir metr yuxarıdadır. Xəzər dənizinin su səviyyəsində 2021-ci ildə 35 santimetr, 2022-ci ildə isə 20-25 santimetr enmə müşahidə edilib. Xəzərdə enmə daha çox Lənkəran sahillərində, Abşeronda və şimal sahilində hiss edilir. Xəzərin Azərbaycan sahilində elə yerlər var ki, dəniz 300-500 metr geri çəkilib".

Ekoloq qeyd etdi ki, o, bu yay Xaçmaz sahillərində, Nabranda olub və orada monitorinqlər aparıblar:

"Orada da çəkilmə müşahidə olunur. Bakı bulvarında yəqin siz də şahidi olmusuz, xırda adacıqlar yaranıb, qayalıq, torpaq sahələri üzə çıxıb. Ümumiyyətlə, Xəzərin çəkilməsi ilə Abşeron sahillərində min hektarlarla torpaq sahəsi üzə çıxıb. Xəzərin səviyyəsi 1990-cı illərin ortalarından etibarən azalmağa başlayıb. Xəzər dənizi bir zamanlar türk gölü kimi tanınırdı. Yəni gölün ətrafı tamamilə türk tayfaları tərəfindən məskunlaşdırılmışdı. Qədim türk inancında belə bir deyim var: “Xəzər qalxanda türkün oyanışı baş verir”. Bu deyimdən də aydın olur ki, Xəzərin qalxıb-enməsi periodik xarakter daşıyır".

Müsahibimizin sözlərinə görə, hazırkı dövrdə Xəzərin qurumasının iki əsas səbəbi var:

"Bunlardan biri qlobal iqlim dəyişikliyinin fəsadları, o birisi isə antropogen təsirlərdir. Bəzən Xəzərdə suyun azalmasını Rusiyada təsərrüfat məqsədilə həddindən artıq su götürmə ilə izah etməyə çalışanlar olur. Lakin belə deyil. Qlobal iqlim dəyişikliyi nəticəsində Xəzər qidalandırtan Volqa çayında suyun səviyyəsi azalıb. Buna səbəb isə yağıntıların kəskin azalmasıdır. Volqa hövzəsində suyun azalması Xəzərin də dayazlaşmasına səbəb olur. Rusiya Prezidenti ilə Azərbaycan Prezidenti arasında da Xəzərin problemləri müzakirə olundu. Bu, onu göstərir ki, Volqanın dayazlaşması, dolayısı ilə Xəzərdə səviyyənin enməsi Moskvanı da narahat edən məsələdir. Ekspertlərin hesablamalarına görə, Xəzərdə suyun səviyyəsi bundan sonra da 1-1,5 metr də aşağı düşə bilər. Dayazlaşma belə davam edərsə, əlavə olaraq 13-14 min hektar torpaq sahəsi su altından çıxacaq".

Elman Cəfərli əlavə etdi ki, Xəzərin enməsi sahilyanı balıqçılıq, kənd təsərrüfatı sahələrinə, heyvandarlığa, gəmi nəqliyyatına ciddi zərbə vuracaq.

"Xəzərin çəkilməsi eyni zamanda dənizsahili torpaqların şoranlaşmasına, flora və faunanın yaşaması üçün əlevrişsiz şərait yaradacaq. Əkin sahələri, balıq vətəkələri zərər uğrayan insanlar bölgəni tərk etmək zorunda qalacaq. Şəhərlərə axın güclənəcək ki, bu da əlavə yüklənmə yaradacaq. Ona görə də bütün Xəzəryanı dövlətlər regionu gözləyən ekoloji fəlakətin qarşısını almaq üçün birgə səylər göstərməlidir. Birgə işçi qrupu vəziyyəti təhlil etməli, həll yollarını müəyyən etməlidir”.

Ekoloq Qorxmaz İbrahimli isə bildirdi ki, Xəzər dənizinin son illərdə kəskin su itkisinə məruz qalması və səviyyəsinin aşağı enməsinin əsas səbəbi quraqlıq və iqlim dəyişikliyidir:

"Ümumiyyətlə, Xəzərdə tarixən həm geri çəkilmələr, həm də qalxmalar müşahidə olunub. Son 30 ildə isə bu geri çəkilmə artıq gözlə görünəcək dərəcədə aydın hiss edilir. Meşə örtüyünün üzə çıxması nə deməkdir? Bu onu göstərir ki, Xəzər dənizi vaxtilə daha aşağı səviyyədə olub, həmin ərazilərdə meşə örtüyü mövcud olub və sonradan su yenidən qalxıb. Mən inanıram və ümid edirəm ki, gələcəkdə də dənizin səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Təbiət yalnız quraqlıqla deyil, zaman-zaman artacaq yağıntılarla da iqlim dəyişikliklərini bizə göstərəcək, bizi sanki sınağa çəkəcək".

Ekoloqun fikrincə, bütün baş verən fəlakətlər insan fəaliyyətinin nəticəsidir və təbiətə vurulan zərər bu şəkildə bizə geri qayıdır:

"Ümid edirik ki, yaxın gələcəkdə Xəzərin səviyyəsinin geriləməsi dayanacaq və tədricən artma başlayacaq. Bunun bir ilə, ya iki ilə baş verəcəyini də zamanla müşahidə edəcəyik".

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Dekabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri