20 ildir millidəyəm, ilk dəfədir utanıram
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xorvatiya millisinin kapitanı Luka Modriç UEFA Millətlər Liqasının matçında İngiltərə yığmasına öz meydanlarında 0:7 hesabı ilə məğlub olduqları üçün azarkeşlərdən üzr istəyib.
Milli.Az bu barədə "Index" nəşrinə istinadən xəbər verir.
Şənbə günü Xorvatiya millisi Riyeka şəhərində UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupunun III turu çərçivəsində İngiltərə yığmasına 0:7 hesabı ilə uduzub. Bu, Xorvatiya millisinin rəsmi oyunlar tarixində aldığı ən böyük məğlubiyyətdir.
Start heyətində meydana çıxan 41 yaşlı Luka Modriç hesab 0:5 olarkən, 56-cı dəqiqədə əvəzlənib.
"20 ildir Xorvatiya millisindəyəm və ilk dəfədir ki, utanc hissi keçirirəm. Mübarizə aparmadıq, aqressiv oynamağa çalışmadıq, komanda ola bilmədik. Güclü rəqibə uduzmaq olar, lakin öz nüfuzunu itirmək və bu gün olduğu kimi məğlub olmaq olmaz. Həqiqətən utanıram.
Günahkar axtarmağa ehtiyac yoxdur. Həmişə olduğu kimi, bunun öhdəsindən birlikdə gəlməliyik. İndi isə məni bağışlamağınızı xahiş edirəm. Futbolda bundan da böyük məğlubiyyətlər olur, lakin mən heç vaxt belə hisslər keçirməmişdim. Bu, ilk dəfədir başıma gəlir", - deyə Modriç vurğulayıb.
Qeyd edək ki, bu qələbədən sonra 6 xal toplayan İngiltərə millisi əlavə göstəricilərə görə İspaniyadan geri qalaraq qrupda ikinci pillədə qərarlaşıb. Xorvatiya 3 xalla üçüncü, Çexiya isə xalsız dördüncü yerdədir.
Xorvatiya millisi oktyabrın 6-da IV tur çərçivəsində İspaniya yığmasını qəbul edəcək. İngiltərə isə həmin gün doğma meydanda Çexiya ilə qarşılaşacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















