Icma.az
close
up
RU
20 manat cəriməsi var: Hətta, məhlədə etsəniz belə AÇIQLAMA

20 manat cəriməsi var: Hətta, məhlədə etsəniz belə AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhər yollarında və yaşayış komplekslərinin həyətində avtomobili harada gəldi saxlayıb gedən sürücülərin sayı artmaqdadır. Nəqliyyat vasitəsinə nə əlaqə nömrəsi qoyan, nə də uzaqdan nəzarət edən bu şəxslər ucbatından digər sürücülər saatlarla vaxt itirməli olurlar. Xüsusilə naşı sürücülərin maşını əyri saxlaması və ya qaraj girişlərini bağlaması ciddi narazılıq yaradır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, qarajların qarşısında nəqliyyat vasitələrinin saxlanılması birmənalı şəkildə düzgün davranış hesab olunmur:
“Çünki bu cür hallar digər hərəkət iştirakçıları üçün ciddi problemlər yaradır. Nəticədə insanlar işə gecikir, təcili işi olanlar çətin vəziyyətə düşür, hətta xəstəsi olan şəxslər üçün bu, daha ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə yaşayış komplekslərinin qaraj girişlərinin bağlanması məsələnin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir. Ümumilikdə, yol hərəkətində bu kimi maneələr nəqliyyat axınının pozulmasına gətirib çıxarır. Bu isə artıq təkcə fərdi narahatlıq deyil, ümumi sistem probleminə çevrilir. Avtobuslarla bağlı problemlərə gəldikdə isə, əsas nüanslardan biri yollarda hərəkət intensivliyinin düzgün tənzimlənməməsidir. Burada yalnız nəqliyyat vasitələrinin sayı deyil, həm də onların bir-biri ilə olan məsafəsi, qarşılıqlı hərəkət mədəniyyəti və manevr qaydalarına riayət olunması mühüm rol oynayır. Nəqliyyat vasitələri arasında ara məsafəsinin düzgün seçilməməsi, məcburi dayanma halları nəzərə alınmadan hərəkət edilməsi sıxlığa və əlavə maneələrə səbəb olur”.
O qeyd edib ki, belə vəziyyətlər nəqliyyat axınının səmərəliliyini aşağı salır və ümumi hərəkət potensialına mənfi təsir göstərir:
“Digər hərəkət iştirakçılarına mane olmaq artıq mənfi tendensiyanın başlanğıcı kimi qiymətləndirilə bilər. Qanunvericilik baxımından isə bu kimi hallara görə inzibati məsuliyyət nəzərdə tutulur. Dayanma və durma qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir, qəza şəraiti yaratdıqda isə daha yüksək məbləğdə maliyyə sanksiyaları tətbiq oluna bilər. Lakin məsələ yalnız cərimələrlə məhdudlaşmır. Bu, daha çox ümumi hərəkət mədəniyyəti və cəmiyyətin nəqliyyat davranışı ilə bağlı prinsipial məsələdir. Yol hərəkətinin düzgün təşkili təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara riayət olunması ilə mümkündür. Bu isə həm fərdi məsuliyyət, həm də cəmiyyət olaraq ortaq yanaşma tələb edir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri