Icma.az
close
up
RU
20 min manat tələbi, bir ailəyə qarşı zorakılıq və... Şirvan Milli Parkında dəhşətli mənzərə

20 min manat tələbi, bir ailəyə qarşı zorakılıq və... Şirvan Milli Parkında dəhşətli mənzərə

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Şirvan Milli Parkı ərazisində bir ailəyə, onun təsərüfarına qarşı nə qanunçuluğa, nə də insanlığa sığmayan zorakı addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri məhkəmə qərarını heçə sayaraq bir ailəni qışın ortasında təsərrüfatından zorla çıxarıb, yüzlərlə heyvan isə səhraya buraxılıb və tələf olur.

Təsərrüfatın sahibi Əmir Abdullayev Bakupost.az -a müraciət edərək, səsinin aidiyyəti qurumlara çatdırılmasını xahiş edib, onlardan aman diləyib.

Onun sözlərinə görə,

1963-cü ildən etibarən Şirvan ərazisində heyvandarlıqla məşğul olan Abdullayevlər ailəsinə qarşı son bu aylarda məqsədli təzyiqlər başlanıb. Ailənin başçısı Əmir Abdullayevin sözlərinə görə, Şirvan Milli Parkına yeni təyin olunmuş direktor Nizaməddin Tağıyev onlardan park ərazisində qalmaq üçün 20 min manat pul tələb edib.

O iddia edir ki, bu məbləği ödəməkdən imtina etdikdən sonra vəziyyət kəskin şəkildə dəyişib.

“Pulu vermədik, əməkdaşlar göndərildi”

Ailə üzvlərinin sözlərinə görə, Nizaməddin Tağıyevin göstərişi ilə parkın əməkdaşları fermaya göndərilib və məcburi qaydada heyvanlar ərazidən çıxarılıb:

“Dedilər ki, ya çıxırsınız, ya da heyvanları buradan aparırıq. Heç bir sənəd, heç bir qərar göstərilmədi.”

Əmir Abdullayevin sözlərinə görə, Apelyasiya Məhkəməsi nazirliyin iddiasını təmin etdikdən indiki vaxta qədər həmin ərazidə qalmaq üçün müəyyən vəsaitlər ödəyiblər və bunu sübut edəcək ödəniş çekləri qalır. Lakin yeni direktor vəsaiti xeyli qaldırdıqdan sonra aradakı

münasibət korlanıb. Buna görə də ailə Salyan məhkəməsjnə müraciət edərək ərazini boşaltmaq üçün 6 ay möhlət istəyib. Məhkəmə də iddianı təmin edib. Lakin bu qərar nazirlik əməkdaşları tərəfindən saya salınmayıb, onların dərhal ərazini tərk etməsini tələb ediblər. Hətta buna nail olmaq üçün əraziyə hücum çəkərək, Abdullayevlərə qarşı qeyri-insani hərəkətlər ediblər.

İddialara görə, park əməkdaşları qoyunları və digər heyvanları tövlələrdən çıxarıb, 5–6 kilometr uzaqlıqda, səhralıq əraziyə buraxıblar. Bundan başqa, ailənin fermaya yaxınlaşmasına və heyvanlara sahib çıxmasına imkan verməyiblər.

Yeni doğmuş quzular səhrada qaldı

Ən faciəli məqam isə odur ki, səhraya buraxılan heyvanların böyük hissəsi yeni bala vermiş qoyunlar olub. Onlar bir ərazidə, quzular isə başqa tövlədə saxlanıldıgı üçün körpə quzular tələf olmağa başlayıb.

“Qışdır, səhradır, nə yem var, nə su. Quzular anasını tapmır, aclıqdan qırılırlar. Bu, artıq faciədir”, -deyə təsərrüfat başçısı bildirib.

Məhkəmə qərarı niyə icra olunmur,?

Qeyd etdiyimiz kimi, Salyan Rayon Məhkəməsi 10 dekabr 2025-ci il tarixli qərarla Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin icrasına 6 ay möhlət verib. Qərarda açıq şəkildə göstərilir ki, qış mövsümündə dərhal icra ailənin hüquqlarını poza bilər.

Lakin ailənin iddiasına görə, park rəhbərliyi bu qərarı tanımır və açıq şəkildə bildirir ki, “məhkəmə qərarı məni maraqlandırmır”.

Heyvanlara sahib çıxmağa imkan vermirlər

Ailə bildirir ki,

heyvanları geri qaytarmaq istəyirlər. Fermaya yaxınlaşmaq üçün yalvarsalar da, xeyri olmayıb. Park rəhbərliyi Abdullayevlərə möhlət vermək niyyətində deyil.

Hazırda ailə nə fermaya girə, nə də heyvanlara nəzarət edə bilir.

“Bu, rüşvət iddiasıdır və araşdırılmalıdır”

Ailənin iddiasına görə, baş verənlərin kökündə 20 min manatlıq tələb dayanır. Onlar bildirir ki, pul ödənilmədiyi üçün bu zorakı addımlar atılıb. Ailə əlindəki sübut üçün materialları aidiyyəti qurumlara təqdim etməyə hazırdır.

Hazırda ailə Baş Prokurorluqdan, Ombudsman Aparatından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən

təcili araşdırma aparılmasını, Salyan rayon məhkəməsinin qərarının icra olunmasını və heyvanların tələf olmasının qarşısının alınmasını tələb edir.

Qeyd: Bakupost.az mövzunu diqqətdə saxlayır. Şirvan Milli Parkının rəhbərliyinin və adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Zaur, BakuPost






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri