Şirvan Milli Parkında ceyran ovlauan şəxs nazirlk işçisi olub? Açıqlama
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şirvan Milli Parkında ceyran ovlanmasında adı hallanan şəxslə bağlı detal məlum olub.
Mia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatda adı qeyd olunan vətəndaş Elvin Əsgərov nazirliyin əməkdaşı deyil.
"Elvin Əsgərov Fövqəladə Hallar Nazirliyi sistemində əvvəllər çalışıb", - deyə nazirlikdən bildirilib.
Xatırladaq ki, milli parkın direktoru Seymur Kərimov polisə müraciət edərək qoruğun Yenikənd kəndinin ərazisində kəsilmiş ceyran başı və iki patron gilizi tapdığını bildirib. Bundan sonra polis hərəkətə keçib və Neftçala rayon sakini Elvin Əsgərov saxlanılıb.
Məlumata görə, Elvin Əsgərov tək olmayıb. İş hazırda Salyan Rayon Polis Şöbəsində araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Yanvar 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















