Icma.az
close
up
RU
20 Noyabr Ağdam Şəhəri Günüdür!

20 Noyabr Ağdam Şəhəri Günüdür!

Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1993-cü ilin iyununda AXC-Musavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində Azərbaycanda baş qaldıran vətəndaş müharibəsi, siyasi xaos və hakimiyyət böhranı təkcə dövlət müstəqilliyimizi deyil, mövcudluğumuzu belə təhlükə altına atdı. Bu qarışıqlıq nəticəsində itirdiklərimiz arasında Ağdam şəhəri də var idi.
 

Ağdamın müdafiəsi uğrunda aparılan 42 günlük döyüşlərdə çoxsaylı şəhidlər verdik. Bununla belə, 1993-cü il 23 iyulunda rayonun 73%-i düşmən qüvvələri tərəfindən işğal edildi. 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək, "işğalçı qüvvələrin Ağdam rayonu və digər Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını" tələb etdi. Lakin Ermənistan bu qətnaməyə məhəl qoymadı və işğal davam etdi.

Tam 27 il boyunca kağız üzərində qalan qətnamənin icrasının gerçəkləşdirilməsi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər sayəsində mümkün oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam şəhəri və işğal olunmuş kəndləri bir güllə atmadan və bir şəhid vermədən Azərbaycanın nəzarətinə qaytarıldı. Bu, Azərbaycanın siyasi yolla azad etdiyi ilk şəhər oldu və ərazi bütövlüyümüzün bərpasında əhəmiyyətli bir mərhələni təşkil etdi.

İşğal dövründə ən çox dağıntıya və vandalizmə məruz qalan şəhərlərdən biri məhz Ağdam idi. Şəhər tamamilə yerlə yeksan edilərək "Qafqazın Xirosiması" və "Ruhlar şəhəri" adlandırıldı. Ancaq işğaldan azad edildikdən sonra Ağdam yenidən doğulur. Bu qədim şəhər "ağıllı" və "yaşıl" şəhər konsepsiyası əsasında müasir üslubda yenidən qurulur. 100 min nəfər əhali üçün nəzərdə tutulan Ağdam tezliklə öz sakinlərini qəbul edəcək və əvvəlki şöhrətini qaytaracaqdır.

Ağdam Şəhəri Günü münasibətilə başda ağdamlılar olmaqla, bütün xalqımızı, Müzəffər Ali Baş Komandanımızı, şəhid ailələrini, qazilərimizi və qəhrəman Silahlı Qüvvələrimizin hər bir üzvünü ürəkdən təbrik edirəm!

Azay Quliyev

Millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 20 Noyabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri