Icma.az
close
up
RU

20 Noyabr Ağdam Şəhəri Günüdür!

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"1993-cü ilin iyununda AXC-Musavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində Azərbaycanda baş qaldıran vətəndaş müharibəsi, siyasi xaos və hakimiyyət böhranı təkcə dövlət müstəqilliyimizi deyil, mövcudluğumuzu belə təhlükə altına atdı. Bu qarışıqlıq nəticəsində itirdiklərimiz arasında Ağdam şəhəri də var idi".

Moderator.az xəbər verir ki, bu sözləri millət vəkili Azay Quliyev deyib.

Millət vəkili qeyd edib ki, Ağdamın müdafiəsi uğrunda aparılan 42 günlük döyüşlərdə çoxsaylı şəhidlər verdik:

"Bununla belə, 1993-cü il 23 iyulunda rayonun 73%-i düşmən qüvvələri tərəfindən işğal edildi. 29 iyulda BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edərək, "işğalçı qüvvələrin Ağdam rayonu və digər Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını" tələb etdi. Lakin Ermənistan bu qətnaməyə məhəl qoymadı və işğal davam etdi.

Tam 27 il boyunca kağız üzərində qalan qətnamənin icrasının gerçəkləşdirilməsi Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər sayəsində mümkün oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 20 noyabr 2020-ci ildə Ağdam şəhəri və işğal olunmuş kəndləri bir güllə atmadan və bir şəhid vermədən Azərbaycanın nəzarətinə qaytarıldı. Bu, Azərbaycanın siyasi yolla azad etdiyi ilk şəhər oldu və ərazi bütövlüyümüzün bərpasında əhəmiyyətli bir mərhələni təşkil etdi.

İşğal dövründə ən çox dağıntıya və vandalizmə məruz qalan şəhərlərdən biri məhz Ağdam idi. Şəhər tamamilə yerlə yeksan edilərək "Qafqazın Xirosiması" və "Ruhlar şəhəri" adlandırıldı. Ancaq işğaldan azad edildikdən sonra Ağdam yenidən doğulur. Bu qədim şəhər "ağıllı" və "yaşıl" şəhər konsepsiyası əsasında müasir üslubda yenidən qurulur. 100 min nəfər əhali üçün nəzərdə tutulan Ağdam tezliklə öz sakinlərini qəbul edəcək və əvvəlki şöhrətini  qaytaracaqdır.

Ağdam Şəhəri Günü münasibətilə başda ağdamlılar olmaqla, bütün xalqımızı, Müzəffər Ali Baş Komandanımızı, şəhid ailələrini, qazilərimizi və qəhrəman Silahlı Qüvvələrimizin hər bir üzvünü ürəkdən təbrik edirəm!".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see189

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see145

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see145

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see143

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see142

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see138

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see137

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see128

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see127

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see127

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see127

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see126

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see126

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see126

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see126

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see126

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see126

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see125

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri