Icma.az
close
up
RU
20 Sentyabr Bir günün yüz ilə sığan mənası

20 Sentyabr Bir günün yüz ilə sığan mənası

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gün var, yüz ili əvəz edir... Və təqvimdə bir tarix kimi qalmır, xalqın yaddaşına həkk olunur. Gün var, adi bir gün kimi başlayır, sonda bir əsrin yükünü, həsrətini və sevincini özündə daşıyır. 20 Sentyabr O GÜNDÜR!”

Bunu "Cebhe.info" Xəbər Portalı və "Cümhuriyət" qəzetinin rəhbəri Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, bu gün Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açılıb:

“2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir gün sonra - 20 Sentyabrda bizim üçün yeni tarix yaratdı!

23 saat 43 dəqiqədən sonra illərlə həsrətində olduğumuz o torpaqlar, o şəhərlər, o yurdlar azad edildi və Azərbaycanın dövlət suverenliyi tam bərqərar oldu.

20 Sentyabra bir günlük hərbi əməliyyat kimi baxmaq olmur...

Bu, bir xalqın içində illərlə daşıdığı nisgilin, torpaq həsrətinin sona çatması, ZƏFƏRİN yekunu idi.

Bu gün neçə-neçə nəslin gözləntisi sona erdi. Şəhidlərin qanı, qazilərin fədakarlığı, Azərbaycan Ordusunun qüdrəti ilə yazılan bir tarixin canlı şahidləri olduq!

Axı, dövlət suverenliyi ancaq xəritələrlə bitmir. Suverenlik dövlətin öz hüquqi ərazisində qanununlarının işləməsi, iradəsinin həyata keçirilməsidir.

Bayrağının hər yerdə ucalması və hökmlərinin bütün ölkə ərazisində keçərliliyidir. 

20 Sentyabr O GÜNDÜR!

Bu günün arxasında böyük bir mübarizə var!

Xalqın iradəsi, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağalmayan yaraları, güclü və yenilməz Azərbaycan Ordusu!

Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq qətiyyəti, siyasi və hərbi-strateji qərarları bu tarixi qələbəni 20 Sentyabrda tam gerçəkləşdirdi!”

Onun sözlərinə görə, illərlə həsrətində qaldığımız torpaqlarda Azərbaycan bayrağı bu gün qürurla dalğalanır:

“Amma bu, bir bayrağın ucalması, dalağlanması da deyil! Bu, bir xalqın başının ucalması, qürurunun qayıtmasıdır! 

Bu gün bizə xatırladır ki, dövlət olmaq üçün ancaq dövlət sərhədləri kifayət etmir. Dövlət olmaq o sərhədlərin içindəki bütün əraziyə sahib çıxmaq, milli iradəni yaşatmaqdır!

20 Sentyabrda bütün bunlar həll edildi!

20 Sentyabr öz müqəddəsliyini həmişə saxlayacaq...

20 sentyabr fərqli bir gündür. Təqvimdə bir gün, xalqın yaddaşında isə bir əsrlik həsrətin son nöqtəsidir.

Çünki bu gün xalqın illərlə içində yaşatdığı “nə vaxtsa” sözü 20 sentyabrda “artıq” sözünə çevrildi.

Artıq orada Azərbaycan bayrağı dalğalanır...

Artıq Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu...

Artıq müstəqillik tariximizin yarımçıq qalan səhifəsi tamamlandı...”

“Cebheinfo.az”

Açar sözlər: 20 Sentyabr Rəfail Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri