Icma.az
close
up
RU
20 Yanvar Azərbaycan xalqının mübarizliyinin, birliyinin təcəssümüdür Millət vəkili Yeni Gündəm

20 Yanvar Azərbaycan xalqının mübarizliyinin, birliyinin təcəssümüdür Millət vəkili Yeni Gündəm

Yenigundem portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1990-cı il qanlı 20 Yanvar faciəsi xalqımızın yaddaşına əbədi olaraq həkk olub. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıcı idi. 1990-cı ilin Yanvarın 20-də Azərbaycan xalqı milli kimliyini sübut etmək üçün meydanlara çıxmışdı. Ona görə də, bu tarix qanla yazılsa da Azərbaycan xalqının tarixinə bir şərəfli səhifə kimi daxil oldu. Bu mənada 20 Yanvar müstəqillik tariximizdə milli azadlıq hərəkatı kimi xalqımızın yaddaşına əbədi həkk olunub.

Bunu açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, o vaxt Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətməklə xalqımızın iradəsini sındırmağa çalışırdı: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonunda xalqımıza qarşı qanlı cinayət törətdi. Sovet ordusuna məxsus xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi misli görünməmiş vəhşiliklə müşahidə edildi. Bununla da 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını tamamilə itirdi. Qanla yazılan bu tarix müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi idi. Bu qanlı qırğınlar təkcə Bakı ilə yekunlaşmamışdı. Bakıdan sonra 1990-cı ilin yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Respublika üzrə ümumilikdə həmin qanlı hadisələr zamanı 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak vəhşicəsinə gülləbaran edilərək dağıdılıb”.

Deputat bildirib ki, 20 Yanvar hadisələri o dövr özlərinin ambissiyalarını reallaşdırmağa çalışan Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzünu açmış oldu: “Məhz AXC-Musavat cütlüyü hakimiyyətə gəldikdən sonar 20 Yanvar hadisələrinə siyasi qiymət verilməyi unutdu. Hər zaman Azərbaycan xalqının taleyini düşünən 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz edən də məhz Ulu Öndər Heydər Əliyev oldu. Sovet hakimiyyətinin bu qanlı cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqının başına gətirilən qanlı faciyəyə ilk siyasi-hüquqi qiyməti verildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı faciəni və onun təşkilatçıları barəsində dünya ictimaiyyətinə məlumat verdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib. Daha sonar isə Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi”.

Məlahət İbrahimqızı vurğulayıb ki, 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardı: “Xalqımız 30 il sonra da tarixi torpaqlarımızın düşmən işğalından azad olunması naminə birlik, bərabərlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan xalqı bir daha özünün əzmini, iradəsini göstərərək 20 Yanvardan başlayan azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsini Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməklə bir daha dünyaya öz gücünü göstərdi. Xalqımızın birliyinin, gücünün simvoluna çevrilmiş “Dəmir Yumruq” Vətən torpaqlarının işğaldan azad oluması, ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə başa çatdı. Qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanda bütün şəhidlərimizin ruhu şaddır. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki antiterror tədbirləri ilə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Uğrunda canlar verilən torpaqlarımız tam azaddır. Şəhidlərimizin əziz xatirəsi bu gün Şuşada, Xankəndidə, Kəlbəcərdə. Xocalıda və digər işğaldan azad edilmiş torpaqlarımızda böyük hörmətlə anılır. Onların əziz xatirəsi sözsüz ki, dövlətimiz, xalqımız var olduqca hər zaman yüksək tutulub və tutulacaqdır.

Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutub. 1990-cı ilin 20 Yanvarında canından keçmiş şəhidlərimizin də əziz xatirəsi hər zaman ən yüksək ehtiramla anılır. Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsi heç vaxt unudulmur və unudula bilməz. Hər il onların əziz xatirəsini ehtiramla yad edilir. Güclü, qalib, ərazi bütövlüyü, suverenliyi tam təmin edilmiş Azərbaycan bu gün bu şanlı mübarizə uğrunda canını qurban vermiş şəhidlərin mübarizə əzminin ifadəsidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 18 Yanvar 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri