Icma.az
close
up
RU
20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur AZƏRTAC

20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulur AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsi yad edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın prezidenti İsa Həbibbəyli 20 Yanvar faciəsinin müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolunda dönüş nöqtələrindən biri olduğunu, xalqımızın qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə nail ola bilmədiklərini söyləyib. Akademik 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızlarının ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş, müqəddəs şəhidlik zirvəsinə ucaldıqlarını qeyd edib. Hadisəyə ilk hüquqi-siyasi qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini deyən akademik İsa Həbibbəyli Ümummilli Liderin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Qanlı 20 Yanvar haqqında beynəlxalq ictimaiyyətə məlumat verərək xalqımızın haqq səsini dünyaya çatdırdığını, SSRİ rəhbərliyinin vəhşi əməllərini cəsarətlə dilə gətirdiyini söyləyib.

Akademiyanın prezidenti 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

İsa Həbibbəyli 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə faciə kimi daxil olsa da, xalqımızın həyatında dönüş nöqtəsi olduğunu, milli birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdiyini bildirib.

Qeyd edib ki, ötən 35 il ərzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim xalqımız tərəfindən əziz tutulub, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.

Akademik İsa Həbibbəyli AMEA-nın elmi müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini, sərgilərin təşkil olunduğunu, bu tədbirlər vasitəsilə şəhidlərimizin göstərdiyi qəhrəmanlıqların gənc nəsillərə çatdırıldığını bildirib.

Daha sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva 20 Yanvar faciəsinə aparan yol, xalqımızın qəhrəman oğul və qızlarının şücaəti, Ulu Öndər Heydər Əliyevin hadisəyə verdiyi hüquqi-siyasi qiymət, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş geniş məruzə ilə çıxış edib.

Akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının qarşısına əliyalın çıxaraq əsl fədailik göstərərək xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Yanvar 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri