Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılacaq
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yanvarın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Kulis.az xəbər verir ki, tədbirdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edəcək.
Anım mərasiminin proqramında Azərbaycan və dünya klassik musiqisinin dəyərli nümunələri yer alıb. İfa olunacaq əsərlər arasında Q. Qarayevin “İldırımlı yollarla” baletindən final səhnəsi, A. Məlikovun “Axırıncı aşırım” simfonik poeması, A. Əlizadənin “Muğamvari” IV simfoniyasının final hissəsi, S. Barber'in məşhur “Adagio” əsəri xüsusi yer tutur.
Bu musiqi gecəsi milli yaddaşımıza həkk olunmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, musiqinin dili ilə hüznü, qüruru və xalqımızın sarsılmaz ruhunu əks etdirəcək.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası hər kəsi bu mənalı anım mərasimində iştirak etməyə dəvət edir. Giriş sərbəstdir.
Dövlət Film Fonduna nadir videoxronika materialları daxil oldu Ana yurdum, hər daşına üz qoyum... - Məmməd Araz Epifaniya: Dini bayram, yoxsa xalq ənənəsi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















