Icma.az
close
up
RU
20 Yanvar faciəsindən 35 il ötür: Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılmasını davam etdirməliyik RƏY

20 Yanvar faciəsindən 35 il ötür: Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılmasını davam etdirməliyik RƏY

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya tarixinə düşən 20 Yanvar faciəsindən 35 il ötür. SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalayaraq əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. 

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, XX əsrdə millətimizə, xalqımıza, dövlətimizə qarşı çoxlu sayda müsibətlər, soyqırımıları, qırğınlar, hərbi cinayətlər törədilib: 

“Bütün bunların baş verməsinin əsas səbəblərindən biri liderimizin, birliyimizin olmaması, bu cinayətləri törədən qüvvələrə qarşı güc tətbiq edə bilməməyimiz, qarşını almaq üçün öncədən hazırlıqlı, planlı ola bilməməyimiz idi. Buna baxmayaraq, xalqımız heç vaxt həqiqətdən üz döndərməyib, həmişə azadlıq uğrunda mübarizə aparıb. 20 Yanvar faciəsi də imperiya əsarətindən xilas olmaq, müstəqilliyini bərpa etmək istəyən bir millətə qarşı törədilmiş növbəti cinayətlərdən biri idi. Azərbaycan öz müstəqilliyini bərpa etmək, öz varlığını davam etdirmək istəyirdi. Təəssüf ki, Azərbaycan kimi strateji bir ərazini, dövləti itirmək istəməyən SSRİ, xüsusilə, bu imperiyanın başında duran Qarbaçov və onun hökumətində təmsil olunan şəxslər azərbaycanlılara qarşı silah tətbiq etməkdən çəkinmədilər, dinc sakinlərə qarşı ağır texnikalar işlədərək xalqın iradəsini qırmağa cəhd etdilər. Bununla da Azərbaycan xalqı İmperiyanın əsl simasını gördü. Anladı ki, əslində, uzun illərdir, inandıqları, xidmət etdikləri bu ideologiya azərbaycanlıların və Azərbaycanın müstəqil olmasını istəmir, azərbaycanlıları yanlış ideologiyaya vadar edir. Müstəqillik, azadlıq yolunda qorxmadan, çəkinmədən ölümün gözünə dik baxan Bakı sakinləri 20 Yanvar faciəsinin törədiləcəyinə həqiqətən inanmırdılar. İnanmırdılar ki, uzun illərdir, birlikdə yaşadıqları, İkinci Dünya müharibəsində "vətən" deyə mübarizə aparıb, azadlığı üçün çalışdıqları, birlikdə çiyin-çiyinə vuruşduqları hərbçilər onlara qarşı silah qaldıra bilərlər. Təəssüf ki, bu hadisələr baş verdi, çoxlu sayda şəhidlərimiz oldu. Xüsusilə, xalqın bu ağır, çətin günündə ulu öndər Heydər Əliyev özünə qarşı təqiblər olmasına, ev həbsində  olmasına baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, dünya ictimaiyyətini azərbaycanlıların başına gətirilən müsibətlə bağlı xəbərdar etdi, onları Azərbaycana dəstək olmağa çağırdı. Xalqın yanında olduğunu hər kəsə göstərdi. Cənab Prezident İlham Əliyev də Ulu Öndərlə birlikdə idi. Nümayəndəliyə gəlmək, o cür çıxış etmək öz ölüm hökmünü vermək demək idi. Buna baxmayaraq, nə Ulu Öndər, nə də cənab İlham Əliyev ölüm və təqiblərdən çəkinmədilər. 20 Yanvar faciəsi törədildikdən sonra Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin Azərbaycanı bu bəlalardan xilas edəcəyini bilirdi, bunu istəyirdi. Təəssüf ki, o vaxtkı səriştəsiz rəhbərlik Heydər Əliyevə imkan vermədi ki, o, Azərbaycanın başına gətiriləcək növbəti müsibətlərdən xalqımızı və ölkəmizi qorusun. Bu səbəbdən sonradan həm torpaqlarımızın işğalına, həm də Xocalı faciəsinə, digər soyqırımılarına şahidlik etdik.  20 Yanvar faciəsi isə faktiki xalqın gözünü açdı. Azadlığa, müstəqilliyə doğru gedən yolda bu faciə əsas rol oynadı. Biz o vaxt birliyimizi, bərabərliyimizi qorusaydıq, səriştəsiz rəhbərlərə "yox!" deyərək ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirə bilsəydik, nə torpaqlarımız işğal olunardı, nə də 20 Yanvardan sonrakı müsibət və bəlalar başımıza gələrdi. Yenə də şükürlər olsun ki, nəhayət, xalq 1993-cü ildə özündə güc tapdı, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsini, müstəqilliymizin daimi, dönməz və əbədi olmasını təmin edə bildi. Ən əsası, Vətən ləyaqətli, ədalətli, şərəfli döyüşlər apararaq bizə qarşı törədilmiş bütün soyqırımı və müsibətlərin, o cümlədən 20 Yanvar faciəsinin qisasını aldıq. Şükürlər olsun, bu gün azad, suveren, müstəqil ölkənin vətəndaşlarıyıq. Artıq əminliklə bilirik ki, bir olmalı, həmişə birliyimizi qorumalı, liderimiz cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Allah bütün şəhidlərimizə, o cümlədən 20 Yanvar şəhidlərinə rəhmət eləsin. Bu hadisələrdən doğru nəticə çıxarmışıq. Bu gün üzərimizə düşən əsas vəzifələrdən biri gələcək nəsillərə, gənclərimizə başımıza gətirilən müsibətlərin əsl səbəbkarlarını, cinayətkarları tanıdaq, əsas səbəblərini düzgün aşılayaq. Xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun, lobbimizin dəstəyi ilə Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılmasını davam etdirək”. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının qan yaddaşına həm faciə kimi, həm də qürur mənbəyi kimi həkk olunub: 

“Əliyalın xalq, yüz minlərlə insan imperiyanın təpədən dırnağa qədər silahlanmış qüvvələrinə qarşı dayandı. Dinc əhali arasında o qədər itki olmasına, 131 nəfərin həyatını itirməsinə, 700-dən artıq yaralı olmasına baxmayaraq qarşıdurmada xalq olaraq qalib gəldik. İradəmizin sınmaz olduğunu göstərdik. Düşmənin qarşısından geri çəkilmədik. Sovet İmperiyasının çöküşü məhz 20 Yanvar hadisəsi ilə başladı. Xüsusilə, hadisədən 2 gün sonra şəhidlərin kütləvi dəfn mərasimi həm Sovet İmperiyasına, həm də dünyaya göstərdi ki, Azərbaycan xalqının iradəsi möhkəmdir, heç bir halda bu iradəni sındırmaq mümkün deyil. 20 Yanvar tarixi bundan sonra yüz illər boyu Azərbaycan xalqı tarixində özünəməxsus yerini saxlayacaq. Azərbaycan xalqı hələ də heç kimin tapşırığı olmadan öz vicdanının səsi ilə Şəhidlər Xiyabanına qalxır. Şəhidlər unudulanda ölürlər. Qarabağ müharibələrində həyatını itirmiş şəhidlərimizi də daim yad edirik, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə onların xatirəsi ilə bağlı çoxlu sayda yazılar gedir, çəkilişlər aparılır. Şəhidlərimiz heç vaxt unudulmayacaq, hər zaman xalqımızın qəlbində yaşayacaqlar”. 

Partiya sədri deyib ki, ermənilər 20 Yanvar hadisələri ilə bağlı həmin dövrlərdə də müəyyən fikirlər səsləndirməyə çalışdılar: “Guya ermənilərə qarşı talanlar, qırğınlar var idi. Hamısı tamamilə yalandır, faktların saxtalaşdırılmasıdır. Hadisələrin gedişində SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən Azərbaycanda ermənilərə qarşı hansısa təxribatlar törədildi. Səbəb isə bu idi ki, həmin təxribatları bəhanə edib, Bakıya daxil olsunlar. Çünki Bakıda artıq Sovet İmperiyası çökür, hakimiyyət xalqın əlinə keçirdi. Naxçıvan istiqamətində İranla sərhədlər dağıdılmışdı. Buna görə də SSRİ rəhbəri çox narahat idi, Bakıya girmək üçün bəhanə axtarırdı. Bu prosesin qarşısını almaq üçün ermənilərə qarşı həmin təxribatı törətdilər. Təbii ki, bu cür təxribatın qarşısında düşünməyən, emosional vəziyyətdə olan azərbaycanlılardan da istifadə edirdilər. Bunun “müəllifi” isə SSRİ-nin xüsusi xidmət orqanları idi. 1988-ci ilin noyabr-dekabr ayında azərbaycanlılar Ermənistandan deportasiya ediləndə 216 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Bütün faktlar ortadadır. Bunu dünya təşkilatları da deyirlər. Burdan çıxanda isə ermənilərdən 54 nəfər həyatını itirmişdi. Onların qanını heç kim Azərbaycanın üzərinə atmasın, səs-küy salmasın. Həmin hadisənin Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur”. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub. 

Aytəkin Qardaşova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri