Icma.az
close
up
RU
Kibertəhlükələr artır: Necə qorunaq?

Kibertəhlükələr artır: Necə qorunaq?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qlobal təcrübə göstərir ki, rəqəmsal ödənişlərin artması ilə kiberhücumlar və fırıldaqçılıq halları da çoxalır. "Ransomware" hücumuna məruz qalan, ABŞ-nin ən böyük qəzet yayımçılarından biri olan və 70-dən çox nəşrə yayım texnologiyası ilə veb xidmətləri təqdim edən "Lee Enterprises", kiber hücum nəticəsində 40 min nəfərin şəxsi məlumatlarının oğurlandığını təsdiqləyib. Eyni zamanda, "Adidas" şirkəti də müştərilərinin şəxsi məlumatlarının oğurlandığı kiberhücuma məruz qalıb.

Bu kimi kiberhücümlardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

Məsələ ilə bağlı News24.az-ın sualını cavablandıran Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, hücumlar həm şirkətlər, həm də fərdi istifadəçilər üçün ciddi risklər yaradır:

"Bu cür halların qarşısını almaq üçün müxtəlif səviyyələrdə önləyici tədbirlər görmək zəruridir".

Şirkətlər üçün əsas qorunma tədbirləri

1. Məlumatlar həm istirahətdə (data at rest), həm də ötürülmə zamanı (data in transit) güclü alqoritmlərlə (AES-256 və s.) şifrələnməlidir.

2. Hücumçular çox zaman köhnəlmiş proqram təminatındakı zəifliklərdən istifadə edirlər.

"Vulnerability Management" və "Patch Management" strategiyaları mütləq tətbiq olunmalıdır.

3. Fişing hücumları hələ də ən yayğın yollardandır. İşçilərə saxta e-poçtlara qarşı diqqətli olmağı öyrətmək ciddi məsələdir.

4. Sadə parol istifadəsi əvəzinə, əlavə təsdiq üsulları (OTP, biometrik autentifikasiya) tətbiq olunmalıdır.

5. Next-Generation Firewall, Intrusion Detection and Prevention Systems (IDS/IPS) və Security Information and Event Management (SIEM) həlləri istifadə olunmalıdır.

6. Zəiflik testləri (Penetration Testing)

Hücum simulyasiyaları ilə şirkət öz sistemlərini sınaqdan keçirməlidir (Red Team məşqləri və s.).

Fərdi istifadəçilər üçün qorunma tövsiyələri

1. Hər bir hesab üçün unikal parol istifadə edilməlidir. Parol menecerləri (məs. Bitwarden, 1Password) bu prosesdə kömək edə bilər.

2. İki addımlı təsdiqləmə (2FA/MFA) aktiv olunmalıdır

3. Şübhəli e-poçt və mesajlara qarşı ehtiyatlı olmaq lazımdır. Bank və ya məşhur şirkət adından gələn "təcili" mesajlar fişing ola bilər.

4. Proqram və əməliyyat sistemlərini daim yeniləmək

5. Yalnız rəsmi mənbələrdən tətbiq yükləmək olar. Saxta tətbiqlər vasitəsilə məlumat sızdırılması baş verə bilər.

Ekspert onu da qeyd edib ki, kiberhücumlar artıq yalnız texniki məsələ deyil, qlobal təhlükəsizlik problemidir. Şirkətlər müştəri məlumatlarını bir xəzinə kimi qorumalıdır, fərdi istifadəçilər isə öz kibergigiyena səviyyələrini artırmalıdır. Proaktiv yanaşma və maarifləndirmə bu hücumların qarşısını almaqda əsas rol oynayır.

Günel Məlikzadə
News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri