Icma.az
close
up
RU
20 Yanvar hadisələri qürur və iftixar mənbəyi kimi xatırlanacaq Cəlil Xəlilov

20 Yanvar hadisələri qürur və iftixar mənbəyi kimi xatırlanacaq Cəlil Xəlilov

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı törədilən dəhşətli cinayəti gizli saxlamağa, xalqımızın milli azadlıq hərəkatını qan gölündə boğmağa cəhd göstərirdi. Ona görə də 20 Yanvar faciəsi haqqında hər hansı informasiyanın ictimailəşməsinə imkan vermir, baş verənləri ört-basdır etməyə çalışırdı. Ulu Öndər Heydər Əliyev məhz belə bir zamanda özünün və bütün ailə üzvlərinin təhlükəsizliyini riskə ataraq, 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri cəsarətlə dilə gətirdi. Baş verən hadisədən cəmi bir gün sonra –1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək, sovet ordusunun Bakıdakı cinayətinin hüquqa, humanizmə, insanlığa zidd olduğunu bildirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası tərəfindən xalqımıza qarşı törədilən dəhşətli cinayətə ilk obyektiv siyasi qiymət xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən verildi.

Bunu Redaktor.az-a verdiyi açıqlamada Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

O, Ulu Öndər Heydər Əliyevin həmin faciəni yüksək tribunalardan dilə gətirərək, sovet imperiyasının Azərbaycan xalqına qarşı cinayətini ifşa etdiyini bildirib: “1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən Ümummilli Lider Heydər Əliyev 20 Yanvar hadisəsinin sifarişçilərinin və icraçılarının müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi məsələsini qaldırdı. 1994-cü il martın 29-da Ulu Öndərin səyi ilə Milli Məclis 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verdi. Parlamentin qərarında açıq şəkildə qeyd edildi ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq, öz taleyini həll etmək üçün ayağa qalxan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək üçün törədilib”.

Cəlil Xəlilov vurğulayıb ki, 20 Yanvar faciəsindən 36 il ötsə də, xalqımız bu gün də əliyalın halda sovet tanklarının qarşısına çıxan qəhrəmanlarının xatirəsini ehtiramla anır, onlarla qürur duyur. “Xalqın öz qəhrəmanlarına olan münasibəti onu deməyə əsas verir ki, illər, əsrlər sonra da 20 Yanvar şəhidləri xalqımız tərəfindən həmişə xatırlanacaq, onların qəhrəmanlığı gənclər üçün qürur və iftixar mənbəyi olaraq qalacaq”, - deyə polkovnik diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri