Icma.az
close
up
RU
20 Yanvar keçidində sahibkarlar üçün qurulan oyun

20 Yanvar keçidində sahibkarlar üçün qurulan oyun

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Kimlər prezidentin iradəsinə qarşı çıxaraq iş adamlarının fəaliyyətinə mane olurlar?
Cənab Prezident zaman-zaman keçirdiyi müşavirələrdə, görüşlərdə, etdiyi çıxışlarda ölkədə sahibkarlığın inkişafından yana olduğunu açıq şəkildə ifadə etsə, iş adamlarına qarşı qeyri-qanuni müdaxilələrin qarşısının alınmasının vacibliyini vurğulasa, hətta bununla bağlı müvafiq qurumlara konkret tapşırıqlar versə də, lakin təəssüflər olsun ki, ölkə başçısının etimadını doğrultmayıb vətəndaşları incidən bəzi icra hakimiyyəti başçıları kimi, müəyyən dövlət qurumları da ancaq öz maraqlarına işləməyə, ictimai narazılıq yaratmağa üstünlük verirlər. Onlar sanki planlı şəkildə cəmiyyətdə müəyyən narazılıq yaratmaqla vətəndaşı dövlətdən incik salmağa, xalqla president arasında uçurum yaratmağa çalışırlar. Daha dəqiq desək daxildə “5-ci kolon” rolunu oynayırlar. Təkcə kiçik bir faktı qeyd etməklə arqumentlərimizdə nə qədər doğru olduğumuzu sübuta yetirə bilərik. Söhbət illərlədir 20 Yanvar metro stansiyasının keçidində xırda ticarətlə məşğul olan sahibkarların çörəklə sınağa çəkilməsindən gedir.
Məlumat üçün qeyd edək ki, 20 Yanvar metrostansiyasının yeraltı keçidi uzun illərdir xeyli sayda insanın kiçik sahibkarlıq fəaliyyətinin aparıldığı məkan kimi tanınıb. Bu kiçik ticarət obyektləri bir çox ailənin əsas gəlir mənbəyi olub. İnsanların dolanışığı məhz bu məkanın imkanları hesabına təmin olunub. Lakin 1,5 ildən artıqdır ki, bu məkanın “qanunsuz” olduğu iddia edilərək sahibkarlara işləmək qadağası qoyulub. Maraqlısı isə odur ki, ticarətçilərə qadağanın səbəbi və hüquqi əsasları barədə heç bir rəsmi açıqlama verilmıyib. Bakıda keçirilən COP29 ərəfəsində ticarətçilərə beynəlxalq tədbirin keçirilməsi əsas gətirilərək obyektlərini bağlamaq tapşırığı verilib. İlkin mərhələdə COP29-dan sonra ticarətçilərin yenidən öz fəaliyyətləri ilə məşğul olacaqları bildirilsə də, lakin tədbir başa çatsa da, qeyri-qanuni qadağa aradan qalxmayıb.

1998-ci ildən 20 Yanvar metro stansiyasının yeraltı keçidində ticarət fəaliyyəti göstərən “Klassik Aİ LTD” MMM-də bu qeyri-qanuni qadağadan zərər çəkənlərdəndir. Qurumdan verilən məlumata görə, 30 avqust 2024-cü il tarixdən "20 Yanvar" dairəsi ərazisində yerləşən yeraltı keçiddə fəaliyyət göstərən "Klassik-Aİ LTD" MMM-in ticarət fəaliyyəti Bakı şəhəri İcra Hakimiyyəti və Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq olunmadan və rəsmi bildiriş göndərilmədən, COP29 tədbirlərinin keçirilməsi səbəb göstərilərək dayandırılıb. Fəaliyyətin bərpa olunması ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət edilsə də, bu günə qədər heç bir qurumdan işin hansı səbəbdən dayandırılması barədə nə rəsmi sənəd, nə də məlumat verilməyib.
Göndərilən müraciətlərə cavab olaraq müvafiq qurumlar bu məsələnin onların səlahiyyətində olmadığını bürokratik formada bildiriblər. Hər dəfə ticarət köşklərinin fəaliyyətini bərpa etmək istədikdə isə ticarətçilər polis orqanlarının müqaviməti ilə rastlaşır. Həmin vaxtdan keçən 1 il 5 ay ərzində ticarət fəaliyyətinin bərpa olunması ilə əlaqədar Prezident Adminstrasiyasına və aidiyyatı olan bir çox dövlət qurumlarına dəfələrlə müraciət olunub. Lakin ticarət fəaliyyətinin hansı səbəbdən dayandırılması barədə heç bir qurumdan rəsmi məlumat verilməyib.

“Klassik Aİ LTD” MMM-in rəhbəri İlham İsmayılov qeyd edir ki, artıq bir neçə ildir cənab Prezidentin ictimai nəzarətlə bağıı çağırışlarına qoşularaq müəyyən mətbuat qurumlarında, hüquq-mühafizə və ayrıayrı orqanlarda olan nöqsanlar barədə ardıcıl tənqidi çıxışlar edib:
“Bizdə belə bir fikir yaranıb ki, bundan qəzəblənən bəzi məmurlar bu problemi süni şəkildə yaratmışlar və bu günə qədər məsələnin müsbət həll olmasına mane olurlar. Bu dırnaqarası fəaliyyətləri ilə səlahiyyətlərindən istifadə edən qərəzli məmurlar həm açıq fikirli ictimai-sosial məsuliyyətli adamları, həm də sahibkarları gözdən salmağa çalışırlar. Belə ki, müəssisənin 1 il 5 aydır ki, bağlı olması səbəbindən dövlət qurumları qarşısında (Vergi xidməti, Sosial Müdafiə, İcbari məcburi Sığorta, Dövlət Əmlak xidməti, Statistika Komitəsi və s.) öhdəliklərimizi yerinə yetirə bilmədiyimiz üçün bizə dəfələrlə xəbərdarlıq olunmuşdur. Bu da bizi iqtisadi və mənəvi çətinliklərlə üzləşdirir. Hazırda ticarət fəaliyyətinin yaxın günlərdə bərpa olunması üçün hazırlıq işləri gedir. Odur ki, Cənab Prezident İlham Əliyevə, Bakı şəhəri İcra Hakimiyyəti başçısına, AR İqtisadi İnkişaf Nazirinə, Daxili İşlər Nazirinə, Bakı şəhəri Baş Polis İdarəsinə və Bakı Metropoliteni QSC-nin rəhbərliyinə ticarət fəaliyyətinin bərpa olunması ilə bağlı müəssisənin işçilərinin imzası ilə yenidən müraciət etdik. Etdiyimiz sonuncu müraciət əvvəlkilərin davamı olaraq və dəfələrlə araşdırıldığına görə yenidən baxılması üçün müvafiq qurumların prosedur qaydaları adlandırdıqları ötür-ötür bürokratiyasına yol verilməməsinə və aidiyyatı qurumlara qanuni fəaliyyətimizi tez bir zamanda bərpa edilməsində bizə maneəçilik yaratmamalarına göstəriş vermələrini xahiş etmişik”.
Göründüyü kimi mövcud vəziyyət ciddi formada nizamsızlıq və qanunsuzluğun mövcudluğunu göstərir. Çünki nə bu qərarın kim tərəfindən verildiyi açıqlanmır, nə də hansı normativ akt əsasında həyata keçirildiyi deyilir. Ən əsası onlarla ticarətçinin, nəticə etibarilə həmin ticarətçilərin ailə üzvləri də daxil olmaqla yüzlərlə vətəndaşın nə üçün, hansı səbəbdən çörəklə sınağa çakildiyi barədə ictimaiyyətə açıqlanma verilmir.
Ərazidə ticarətə mane olan qurumların bu məsələdə Bakı Metropoliteninin maraqlı olduğu iddiasını irəli sürməsi də əslində səbəbsiz deyil. Çünki hazırkı Metropoliten rəhbərliyinin sələfi də fəaliyyətində yol verdiyi bu kimi səhvlərə, sahibkarlara maneçilik törətdiyinə görə haqlı olaraq vəzifəsindən kənarlaşdırılıb. Ona görə də bəzi sahibkarlar məsələnin uzanmasında müəyyən mənada sözügedən qurumu günahlandırırlar. Baxmayaraq ki, Metropoliten ərazidə ticarət obyektlərinin bərpasının onların səlahiyyətində olmadığını iddia edib. Reallıqda da belə olmalıdır. Metropolitenin funksional işi nəqliyyatla məşğul olmaqdır. Əgər Metropoliten öz işi məşğul olmaq əvəzinə, sahibkarlara, iş adamlarına problem yaratmaqla məşğul olursa, deməli qurum ilk növbədə öz funksional işindən uzaq düşür. Elə metro nəqliyyatında zaman-zaman meydana gələn problemlərin səbəblərindən biri də məhz budur ki, onlar əsas etibarilə öz işləriylə məşğul olmurlar.

Digər tərəfdən bildiyimiz qədər yeraltı keçidlərdə ticarətə artıq Metropoliten deyil, Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Ona görə də istənilən dövlət qurumu ərazidəki ticarət obyektləri barədə hər hansı qərar verərkən həmin qərarın əsaslandırılması və ictimaiyyətə açıqlanması mütləqdir. Görünür, hansısa qurumlar yerin üztündə ağalıq etdikləri, insanları narazı saldıqları kimi, yerin altında da eyni oyundan çıxırlar.
Aparılan təhlillər və gəlinən nəticə onu deməyə əsas verir ki, bu qadağa Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və ya digər yerli qurumlar tərəfindən verilib. O zaman meriya da mütləq şəkildə qəbul etdiyi qərarın səbəbini açıqlamalıdır. Ən əsası Bakı Şəhər İcra Hakimiyyəti belə qərar verdiyi təqdirdə minlərlə vətəndaşın çörəyinə bais olduğunu nəzərə almalı idi. Bunların heç birini etmədiyi halda meriyanın insanları bir tikə çörəyə möhtac qoyması, kiçik sahibkarlığın dəstəklənməsi istiqamətində dövlət siyasətini zərbə altında qoymaqdır.
Bu birmənalıdır ki, bu qərarın ən böyük zərbəsi məhz sosial sahədə hiss olunur. Cənab prezident əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atıb, müəyyən dövlət proqramları qəbul etdiyi halda, bəzi qurumlar dövlət başçısının bu siyasətinə zərbə vurmaqla məşğuldurlar. Bu da heç şübhəsiz ki, sosial narazılığı artırır. 20 Yanvar metro stansiyasındakı keçiddə ticarətin qadağan edilməsi fonunda yaranan narazılıq bunun əyani sübutudur. Məlum qadağa 1,5 ildir ki, bir çox ailənin sosial vəziyyətini həddən artıq ağırlaşdırıb. Kredit ödənişləri, icarə haqqı, ailə xərcləri – bunların hamısı sahibkarların gündəlik problemləridir. Qadağa isə bu problemləri daha da pik həddə çatdırıb.
20 Yanvar metrosunun yeraltı keçidində sahibkarlara işləmək qadağan edildikdə, bu qərarın arxasında qaydalar, sənədlər və şəffaflıq olmalıdır. Əks halda bu, sadəcə sahibkarlara qarşı təzyiq kimi qiymətləndirilir.
Sahibkarlar yalnız dolanışıq üçün çalışırlar. Onların haqları pozulmamalıdır. Əgər ərazidə ticarətə məhdudiyyət qoyulursa, bu məhdudiyyət qanuni əsaslara söykənməlidir.
Aidiyyəti qurumlar bu məsələdə yalnız qadağa ilə kifayətlənməməli, insanlara izahat verməli, onların hüquqlarını və sosial vəziyyətini nəzərə almalıdır.
Çünki sahibkarlıq fəaliyyəti bir şəhərin iqtisadi həyatının təməl daşıdır. Bu təməl daşı isə yalnız qadağa ilə deyil, dövlətin dəstəyi və şəffaf qərarlarla möhkəmlənir.
P.S. Əgər 20 yanvar keçidində ticarət COP29-a görə qadağan edilmişdisə, nə üçün eyni qadağa 28 may stansiyası, yaxud Nizami metrosu yaxınlığındakı yeraltı keçiddə də tətbiq edilmədi. Deməli COP29 sadəcə bəhanə idi. Məqsəd insanları, xırda sahibkarları planlı şəkildə dövlətdən narazı salmaqdır.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Yanvar 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri