Peskov Əbu Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Görüş qapalı qapılar arxasında baş tutacaq.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tam tərkibi vaxtı çatanda açıqlanacaq.
Daha əvvəl Peskov Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi.
Peskov həmçinin məlumat verib ki, Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı insan hüquqları üzrə müvəkkil Yana Lantratovanın və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Noyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















