Icma.az
close
up
RU
20 Yanvar: Mübariz ruhun əyilməzlik nümunəsi

20 Yanvar: Mübariz ruhun əyilməzlik nümunəsi

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində təkcə ağır faciə kimi deyil, eyni zamanda, milli ruhun, azadlıq əzminin və xalq iradəsinin parlaq təzahürü kimi yadda qalıb. 

Həmin gün Azərbaycan xalqı illərlə üzərinə çökmüş totalitar rejimə qarşı etiraz səsini ucaldaraq, azadlıq, şərəf və milli ləyaqət uğrunda mübarizəyə qalxmışdı. Silahsız və dinc insanlar sovet imperiyasının ağır hərbi texnikası və silahlı qüvvələri qarşısında geri çəkilməyib, Vətənin sabahı naminə öz canlarını fəda ediblər. 

Bu yolda şəhid olan qəhrəman övladlarımız xalqımızın yaddaşında əbədi yaşayaraq, müstəqillik tariximizin şərəfli salnaməsinə çevrilib.

20 Yanvar hadisələri təkcə qan və göz yaşı ilə müşayiət olunan faciəli bir gün deyil, eyni zamanda, xalqımızın mübarizlik ruhunun, əyilməz iradəsinin və milli həmrəyliyinin bariz nümunəsidir. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin, birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun göstərişi ilə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun çoxsaylı hərbi hissələri Bakıya və Azərbaycanın bir sıra bölgələrinə yeridildi. 

Dinc əhaliyə qarşı həyata keçirilən bu qanlı əməliyyat nəticəsində onlarla günahsız insan amansızcasına qətlə yetirildi, yüzlərlə sakin müxtəlif dərəcəli bədən xəsarətləri aldı, yüzlərlə insan isə qanunsuz şəkildə həbs olunaraq təzyiqlərə məruz qaldı. 

Rəsmi statistikaya əsasən, həmin gecə və sonrakı günlərdə 146 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq azadlıqdan məhrum edilib.

Sovet qoşunlarının həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və ölkənin müxtəlif bölgələrində dinc əhaliyə məxsus yüzlərlə yaşayış evi, inzibati bina və avtomobil, o cümlədən insan həyatını xilas etmək məqsədi daşıyan təcili tibbi yardım maşınları dağıdıldı və yararsız hala salındı. Bu qanlı əməliyyat zamanı dövlətə və vətəndaşlara məxsus əmlaka böyük maddi ziyan vuruldu. 

Faciənin ən dəhşətli tərəfi isə ondan ibarət idi ki, qətlə yetirilənlər arasında qadınlar, uşaqlar, ahıllar, eləcə də yaralılara kömək göstərmək üçün hadisə yerinə tələsən tibb işçiləri də var idi. Dinc və silahsız insanlara qarşı törədilən bu qəddar və amansız zorakılıq aktı sovet totalitar rejiminin əsl mahiyyətini bir daha ifşa edərək, onun insan hüquqlarına və bəşəri dəyərlərə tamamilə zidd siyasət apardığını bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar faciəsi miqyasına və nəticələrinə görə insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri kimi tarixə həkk olundu.

20 Yanvar hadisələrindən sonra Azərbaycan cəmiyyəti daha bir ağrılı reallıqla üz-üzə qaldı. Xalqın haqq səsinə və ədalət tələbinə baxmayaraq, faciəyə siyasi-hüquqi qiymət verilməsi məsələsi uzun müddət gündəmdən kənarda saxlanıldı. 

Hadisələr zamanı xalqın yanında olduqlarını iddia edən, lakin sonradan hakimiyyətə gəldikdən sonra bu məsuliyyəti üzərindən atan bəzi siyasi qüvvələrin əsl mövqeyi və niyyətləri aydın şəkildə üzə çıxdı. 

1993-cü ilə qədər ölkəyə rəhbərlik edən siyasi rəhbərliklər 20 Yanvar faciəsinin səbəblərini və təşkilatçılarını obyektiv şəkildə araşdırmaq, bu qanlı hadisəyə cəsarətli və prinsipial siyasi-hüquqi qiymət vermək iradəsi nümayiş etdirmədilər. Nəticədə xalqın ədalət gözləntisi uzun illər cavabsız qaldı.

Məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü nəticəsində 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 20 Yanvar faciəsinə ilk dəfə rəsmi və prinsipial siyasi qiymət verən tarixi qərar qəbul olundu. 

Bu qərar Azərbaycan xalqının üzləşdiyi qanlı faciənin mahiyyətinin açıqlanması, həqiqətlərin üzə çıxarılması və ədalətin bərpası baxımından mühüm əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar hadisələrinə münasibətdə dövlət səviyyəsində ardıcıl və prinsipial mövqe formalaşdırıldı. 

Nəticə etibarilə, 1994-cü il martın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən qərarla 1990-cı il yanvarın 20-də baş vermiş faciəli hadisələrə tam və hərtərəfli siyasi-hüquqi qiymət verildi, bu qanlı əməliyyatın məsuliyyətinin sovet rejiminin üzərində olduğu rəsmi şəkildə bəyan edildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 20 Yanvar şəhidlərinin ailələrinin, eləcə də ümumilikdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən etmişdir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və sosial siyasət kursunu uğurla davam etdirərək, şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə göstərilən dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. 

Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər, sosial təminat mexanizmlərinin təkmilləşdirilməsi və müxtəlif dəstək proqramları dövlətin şəhidlərimizin xatirəsinə olan ehtiramının bariz nümunəsidir.

Azərbaycan xalqı müstəqillik, azadlıq və milli suverenlik uğrunda canlarını fəda etmiş qəhrəman övladlarını heç vaxt unutmur və unutmayacaq. Hər il 20 Yanvar faciəsinin ildönümündə şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad edilir, onların əziz xatirəsi qarşısında baş əyilir. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dövləti bu mübariz oğul və qızlarının qəhrəmanlığını daim yüksək qiymətləndirir, onların xatirəsini hər zaman uca tutur. 

Bu gün şəhidlərimizin ruhu şaddır, çünki onların canları bahasına əldə edilən müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda güclü və qalib dövlətə çevrilib.

Səbinə Salmanova,
Milli Məclisin deputatı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri