Icma.az
close
up
RU
20 yanvar Qəhrəmanlıq və qürur günümüzdür

20 yanvar Qəhrəmanlıq və qürur günümüzdür

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 20 yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar təşkilatın inzibati binasında“20 yanvar Qəhrəmanlıq və qürur günümüzdür” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşıCəlal Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Cəlal Əliyev çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı sovet qoşun hissələrinin Bakıya, eləcə də Azərbaycanın bir sıra yaşayış məntəqələrinə yeridildiyini, Qarabağdakı erməni vəhşiliyinə etiraz edən və Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən həmvətənlərimizə qarşı müxtəlif tipli silahlardan atəş açıldığını, nəticədə dinc insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirib. O, həmçinin Bakının zəbt edilməsinin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə həyata keçirildiyini, Bakı və ətraf rayonlarda 147 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını, həlak olanların arasında qadınların, uşaqların və qocaların da olduğunu diqqətə çatdırıb.

Cəlal Əliyev 20 Yanvarın ölkəmizin tarixində yalnız faciə kimi deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi kimi qeyd olunduğunu deyib. O, istiqlal tariximizdə şanlı səhifə yaradan şəhidlərin xatirəsinin xalqımız, dövlətimiz tərəfindən daim əziz tutulduğunu, onların Vətən üçün tökdükləri qanın hədər getmədiyini, Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu vurğulayıb. Sözügedən təcavüz aktının xalqımızın azadlıq, demokratiya və ərazi bütövlüyü uğrunda mübarizəsini boğmaq məqsədi daşıdığını qeyd edən natiq 20 Yanvar gecəsində şəhid olan Vətən övladlarının misilsiz şücaəti və qəhrəmanlığı sayəsində xalqımızın azadlığa və müstəqilliyə gedən yolunun açıldığını bildirib.

Cəlal Əliyev deyib ki, Qanlı Yanvar faciəsindən bir gün sonra Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək Azərbaycan xalqına başsağlığı verib, törədilən cinayətlərə görə Sovet İttifaqı rəhbərliyinin üzərinə məsuliyyət düşdüyünü bildirib: “Bu, 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət olub. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib”.

“20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır” deyə Cəlal Əliyev qeyd etmişdir.

Tədbirdə Lətafət Ağakişizadə çıxış edərək Azərbaycan tarixinə şərəflə yazılan 20 Yanvar gününün xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib. Qeyd olunub ki, xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun sarsılmazlığından, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yaratdı.

Sonda tədbir iştirakçılarından Əli Alışlı, Cəlil Rəcəbov və başqaları çıxışlarında xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildiriblər. Onlar şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri